• çərşənbə axşamı, 19 mart, 10:04
  • Baku Bakı 8°C

Spallettinin 80 yaşlı anası nəyi bilir?

06.01.18 11:35 771
Spallettinin 80 yaşlı anası nəyi bilir?
"İnter”in baş məşqçisi Luçano Spalletti A seriyasının 20-ci turunda "Fiorentina” ilə keçirilən oyundan (1:1) sonra fikirlərini bildirib.
Kaspi.az xəbər verir ki, Spalletti komandada həftə ərzində problemlərin olduğunu deyib. O, komandanın oyun keyfiyyəti ilə bağlı verilən sualdan bərk qəzəblənib:
"Bu həftə xeyli problemlərimiz oldu. Naynqollan qripə tutuldu, Ranokkiya zədəli-zədəli oynadı. Komanda çox asanlıqla top itirir və özünə problemlər yaradır.
Komandanın oyun keyfiyyəti? Bu sual məni bezdirib. Bəlkə siz özünüz paltardəyişmə otağına gələsiniz və futbolçuların yüksək səviyyəli olmadığını onların özünə deyəsiniz...
Hər kəsə aydındı ki, bizdə mərkəz müdafiəçisi ilə bağlı problem var. Hətta 80 yaşlı anam da bilir ki, bizə müdafiəçi lazımdır. Ancaq mən kadr problemlərindən bəraət əldə etmək üçün yararlanmayacağam”.
banner

Oxşar Xəbərlər