AZE | RUS | ENG |


S&P: SOCAR Azərbaycan iqtisadiyyatı üçün kritik əhəmiyyətə malikdir

S&P: SOCAR Azərbaycan iqtisadiyyatı üçün kritik əhəmiyyətə malikdir
"Standard & Poor`s" (S&P) beynəlxalq reytinq agentliyi SOCAR-ın "BB" səviyyəsində olan uzunmüddətli korporativ kredit reytinqini "CreditWatch Negative" siyahısına daxil edib.
 
"APA-Economics" təşkilatın yaydığı açıqlamaya istinadən xəbər verir ki, SOCAR-ın reytinqinin "CreditWatch Negative" siyahısına daxil olması bəzi qeyri-müəyyənliklərlə bağlıdır. Əsas qeyri-müəyyənlik SOCAR-ın maliyyə göstəricilərində 2016-cı ildə müşahidə olunan mənfi dinamikanın dövlət dəstəyi nəticəsində bu il əks istiqamətdə dəyişib-dəyişməyəcəyi ilə bağlıdır.
 
S&P SOCAR-ın maliyyə siyasətinin və dövlət şirkətinin rəhbərliyinin əsaslı xərclərə, likvidliyin idarə olunmasına və ticarət əməliyyatlarına yanaşmasının qeyri-müəyyən olduğunu bildirir.
 
Bununla yanaşı, agentliyin analitikləri SOCAR-ın reytinqinə müsbət təsir edən amilləri də açıqlayıb. Belə ki, agentlik hökumətin SOCAR-a verə biləcəyi dəstəyi "fövqəladə yüksək" səviyyədə qiymətləndirir. "Biz bir daha təsdiqləyirik ki, SOCAR neft-qazdan asılı olan ölkə iqtisadiyyatı üçün olduqca kritik rola malikdir. Buna baxmayaraq, biz hökumət tərəfindən SOCAR-ın konsolidasiya olunmuş maliyyə göstəricilərinə, əsaslı xərclərinə və risklərin idarə olunmasına necə nəzarət olunmasını nəzərdən keçirməliyik. Bundan başqa, bizə hökumət tərəfindən SOCAR-ın investisiya proqramına hansı formada dəstəyin verilməsi ilə bağlı detallı informasiya lazımdır", - deyə açıqlamada deyilir.
 
S&P həmçinin dövlət tərəfindən SOCAR-ın neft-qaz hasilatı ilə bağlı olmayan biznesinin (məsələn, Türkiyədə yerləşən kimya və neft emalı müəssisələrinin tikintisi və ticarət əməliyyatları) inkişafına veriləcək dəstəyin motivini də analiz edəcək.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6866
GBP 1 İngilis funt sterlinqi 2.2982
TRY 1 Türk lirəsi 0.4878
KWD 1 Küveyt dinarı 5.6436
SEK 1 İsveç kronu 0.2140
EUR 1 Avro 2.0421
CHF 1 İsveçrə frankı 1.7693
USD 1 ABŞ dolları 1.7007