• cümə, 29 Mart, 18:14
  • Baku Bakı 14°C

“Soyuq müharibə” “qaynar müharibə”yə çevrilə bilər” - Qorbaçov

29.01.15 08:55 1047
“Soyuq müharibə” “qaynar müharibə”yə çevrilə bilər” - Qorbaçov
SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçov Rusiya və ABŞ arasında açıq-aşkar “soyuq müharibə”nin getdiyini və bunun “qaynar müharibə”yə çevrilə biləcəyini bəyan edib.
APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, M. Qorbaçov bildirib ki, Vaşinqton özünün triumfator ideyasını gerçəkləşdirməyə çalışmaqla, Moskvanı qarşıdurmaya sövq edib.
“Təəssüf ki, bu “soyuq müharibə”nin “qaynar”a çevrilməyəcəyini əminliklə deyə bilmərəm. Qorxuram ki, onlar (amerikalılar-red.) risk edə bilərlər”, – deyə o qeyd edib.
M. Qorbaçov Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarına da toxunub: “Bu gün ABŞ və Avropadan ancaq Rusiyaya qarşı sanksiyalar barədə eşidirsən. Onlar başlarını tam itiriblər?”.
banner

Oxşar Xəbərlər