• şənbə, 20 Aprel, 00:00
  • Baku Bakı 15°C

“Soyuq müharibə” “Oskar”a namizədlər siyahısındadır

18.12.18 15:53 527
“Soyuq müharibə” “Oskar”a namizədlər siyahısındadır
Polşa mənşəli britaniyalı rejissor Pavel Pavlikovskinin "Soyuq müharibə” filmi "Xarici filmlər” kateqoriyasında "Oskar” mükafatına namizədlər siyahısına daxil edilib.
AZƏRTACxəbər verir ki, filmdə müxtəlif mənşəli və fərqli temperamentə malik iki musiqiçinin məhəbbət tarixçəsindən bəhs olunur. Onların coşqun münasibətləri 1950-ci illərin sonu və 1960-cı illərin əvvəllərinə - "soyuq müharibə” dövrünə təsadüf edir.
Filmdə tanınmış polyak aktyorlar Coanna Kuliq, Tomaş Kot, Aqata Kuleşa və Boris Şik çəkiliblər.
Bu ekran əsəri cari ilin may ayında Kann festivalında "Ən yaxşı rejissor” mükafatına layiq görülüb.
Polşa istehsalı olan daha bir film - Anna Zametskinin "Priçastiye” (xristian dini ayinlərindən biri) filmi "Ən yaxşı sənədli film” nominasiyasında "Oskar” iddiaçıları sırasındadır. A.Zametskinin debüt işinin süjeti qardaşının ilk dini ayini zamanı öz ailəsini bir yerə toplamağa cəhd edən yeniyetmə qızın əhvalatı üzərində qurulub.
"Priçastiye” 2016-cı ildə Avropa kino mükafatının sənədli filmlər kateqoriyasında laureat adını qazanıb.
banner

Oxşar Xəbərlər