• cümə, 29 Mart, 18:20
  • Baku Bakı 14°C

Soyuq ölkədə görüş Azərbaycana nə vəd edir?

11.02.15 13:12 1030
Soyuq ölkədə görüş Azərbaycana nə vəd edir?
ATƏT-in Minsk qrupu həmsədrləri bu gün Finlandiyada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparacaqlar.
Bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün “Twitter” səhifəsində yazıb.
“Finlandiya ATƏT-in Minsk qrupu üzvüdür və biz müzakirələr üçün Helsinkiyə gedirik. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılacaq”, - deyə o vurğulayıb (APA).
Azərbaycan üçün ATƏT-in Minsk qrupunun fəaliyyəti qənaətbəxş deyil. İllərlə Qarabağ münaqişəsi həll olunmur, proses uzanır və irəlidə ümidverici bir işıq yoxdur. Qrupun fəaliyyəti ilə bağlı tənqidlər səngimir. Sonuncunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu açıqlayıb. Mərkəz sədrinin sözlərinə görə, hazırda ABŞ-ın ən əsas məqsədi Ermənistanın qonşuları Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırmaqdır: “Ötən gün ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisinin müavini Erik Rubin də bəyanat verdi. O bildirdi ki, Amerika birmənalı şəkildə Cənubi Qafqaz dövlətlərinin dövlət müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir. Təbii ki, bu da çox vacib məsələdir. Amma ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik yerində olmayan adamdır. C.Uorlikin həmsədrliyə başladığı dövrdə ABŞ-ın regional siyasətində çox ciddi uğursuzluqlar baş verib. Uorlik ermənilərdən asılı adamdır. Bu şəxs Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevi öz Twitter səhifəsində məhbus adlandırdı. Ümumiyyətlə, adı sadalanan Azərbaycan vətəndaşları girovdur”.
M.Əhmədoğlu bildirib ki, əgər Uorlik onları məhbus adlandırırsa, bu, o deməkdir ki, DQ-da Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı “məhkəmə”ni və onun qərarını legitim sayır: “Əgər Riçard Millz və Erik Rubin ABŞ-ın Cənubi Qafqaz siyasətinin irəliləməsini istəyirsə, təcili surətdə Uorliki rədd etməlidirlər. Ümumiyyətlə, onu bu regiondan rədd etməlidirlər və ayağı birdə bu regiona dəyməsin” (SİA).
Bu arada cəbhədən xəbər gəldi - Ermənistanın xüsusi təyinatlı dəstəsinin komandiri də daxil olmaqla çoxsaylı itkilər verən kəşfiyyat-təxribat qrupu geri çəkilməyə məcbur edilib.
Müdafiə Nazirliyinin saytında bildirir ki, düşmən qoşunların təmas xəttində Silahlı Qüvvələrimizin bölmələrinin mövqelərinə hücuma keçməyə cəhd göstərib.
Şəxsi heyətin sayıqlığı, düşmənin yaxınlaşmasının əvvəlcədən aşkar edilməsi, görülən qabaqlayıcı tədbirlər nəticəsində 2 kəşfiyyat-təxribat qrupunun qarşısı qətiyyətlə alınıb.
Təxribat zamanı Ermənistan tərəfinin xüsusi təyinatlı dəstəsinin komandiri, zabit Tiqran Simonyan da daxil olmaqla bir neçə əsgəri məhv edilib. Düşmən tərəfdən xeyli sayda yaralı var.
Müdafiə Nazirliyi bildirir ki, Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib və cəbhə xəttində vəziyyətə tam nəzarət edir...
Milli.Az
banner

Oxşar Xəbərlər