• cümə axşamı, 28 mart, 21:56
  • Baku Bakı 13°C

Şoyqu: “Suriya hadisələri Orta Asiya və Cənubi Qafqazda təkrarlana bilər”

15.07.16 16:06 884
Şoyqu: “Suriya hadisələri Orta Asiya və Cənubi Qafqazda təkrarlana bilər”
"Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrində yeni hərbi münaqişələrin yaranması ehtimalı mövcuddur”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın müdafiə naziriSergey Şoyqudeyib. "Dünyada hazırkı vəziyyətin inkişafının analizi göstərir ki, yaxın perspektivdə yeni hərbi münaqişələrin yaranması ehtimalı var. Suriyadakı böhranlı vəziyyət hər hansı bir ölkədə, o cümlədən Mərkəzi Asiya və Qafqazın postsovet dövlətlərində təkrarlana bilər. Bu şərtlərdə Rusiya potensial təhdidlərə qarşı adekvat reaksiya verməyə məcbur olacaq”, - deyə Rusiyanın müdafiə naziri qeyd edib.
banner

Oxşar Xəbərlər