• cümə, 29 Mart, 14:52
  • Baku Bakı 14°C

Şoyqu Rusiyanın cənubunda qoşunların döyüş imkanlarının NATO-ya görə artırıldığını bildirib

20.04.21 20:45 895
Şoyqu Rusiyanın cənubunda qoşunların döyüş imkanlarının NATO-ya görə artırıldığını bildirib
Rusiya Federasiyasının Cənub Hərbi Dairəsinin qoşunlarının döyüş imkanları Şimali Atlantika Alyansının Cənubi Qafqaz və Yaxın Şərqin bir sıra ölkələrində vəziyyətin normallaşmasına mane olmaq cəhdlərinə görə artırılır.
APA-nın RİA "Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu deyib.
"Qeyri-stabil vəziyyət Yaxın Şərq regionu və Cənubi Qafqazın bir sıra ölkələrində müşahidə olunur. Alyansın bu ölkələrdəki normallaşmaya qarşı gerçəkləşdirdikləri cəhdlər bizi strateji yöndən simmetrik ölçülər götürməyə və Cənub Hərbi Dairəsinin döyüş imkanlarını genişləndirməyə vadar edir”, - deyə o bildirib.
Nazirin sözlərinə görə, döyüş heyətinin təkmilləşdirilməsi çərçivəsində ötən il 54 tədbir həyata keçirilib.
banner

Oxşar Xəbərlər