AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Şoyqu:

Şoyqu: "Rusiya yeni hipersəsli silahları sınaqdan keçirir"

Təfsilat
28 Fevral 2020, 15:21 444
Rusiya Şimal donanmasında yeni hipersəsli silahı sınaqdan keçirir.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın Müdafiə naziri ordu generalı Sergey Şoyqu Müdafiə Nazirliyinin kollegiya iclasında bildirib.
"Yeni silahların, o cümlədən hipersəsli silahların sınaqdan keçirilməsi davam edir. Bütün bunlar Rusiyanın Şimal donanması və digər hərbi dəniz donanmalarının döyüş potensialının keyfiyyətini artırmağa imkan verir", - deyə rusiyalı nazir vurğulayıb.
Kollegiya iclasında Rusiyanın Şimal donanmasının 2019-2025-ci illər üçün fəaliyyət planının icrası ilə bağlı məsələlər müzakirə olunub.