• cümə, 29 Mart, 17:40
  • Baku Bakı 14°C

“Sovetski“dəki tarixi abidələr söküləcək? - Rəsmi açıqlama

11.03.14 16:33 1204
“Sovetski“dəki tarixi abidələr söküləcək? - Rəsmi açıqlama
Azərbaycanın mədəniyyət və turizm naziri sökülməsi nəzərdə tutulan "Sovetski" adlanan yaşayış ərazisindəki tarixi abidələrin taleyinin necə olacağına münasibət bildirib.
Trend-in məlumatına görə, nazir jurnalistlərə bildirib ki, hər bir tarixi abidənin öz əhəmiyyəti var. Bəzi abidələr ölkə, bəziləri isə yerli əhəmiyyətli olur: "Sözsüz ki, hər bir tarixi abidənin taleyinə ayrıca baxılacaq. Yeni tikililərin inşası, yolların genişləndirilməsi, şəhərlərin inkişafı bütün dünyada müşahidə olunan prosesdir və bunlar istər-istəməz tarixi abidələrlə müəyyən bir ziddiyyət təşkil edir. Ona görə də məsələlərə həssaslıqla yanaşmaq, ölkə əhəmiyyətli tarxi abidələri bərpa etmək, qorumaq, onlar ətrafında mədəni mühiti formalaşdırmaq bir məqsəd olaraq qarşımızda dayanır".
Ə.Qarayev qeyd edib ki, müvafiq dövlət orqanları ilə birlikdə bu məsələlərə baxılır, siyahılar tərtib olunur.
banner

Oxşar Xəbərlər