• cümə, 19 Aprel, 19:40
  • Baku Bakı 24°C

“Sovetski”dəki 73 obyektin pulu ödənilib”

27.03.14 14:24 1051
“Sovetski”dəki 73 obyektin pulu ödənilib”
“Bakının “Sovetski” məhəlləsində inventarlaşma dayanmayıb, sadəcə, Novruz bayramı ilə bağlı fasilə verilmişdi”. Bunu APA-ya açıqlamasında baş nazirin müavini Abid Şərifov söyləyib.
Bu gündən inventarizasiya prosesinin davam edəcəyini deyən A.Şərifov inventarizasiyanın yalnız köçmək istəyən sakinlərin evləri və obyektləri ilə bağlı aparıldığını da bildirib: “Yalnız kim bizə müraciət edir, həmin sakinlərin evlərinin və obyektlərinin sahəsi ölçülür. Kim köçmək istəmirsə, qalıb evlərində yaşaya bilər”.
Baş nazirin müavini nəzərə çatdırıb ki, martın 19-na qədər “Sovetski” məhəlləsində yaşayan 302 ailə kompensasiya ilə bağlı müraciət edib. Komissiya tərəfindən bu müraciətlərdən 166-na baxılaraq həll olunub, 73 obyektin pulu artıq ödənilib. Onun sözlərinə görə, hər gün köçürmə ilə bağlı yaradılmış komissiyaya 10-15 müraciət daxil olub və bu gündən yenə müraciətlərin daxil olmasına başlanıb.
A.Şərifov evlərinin sahəsi az olan sakinlərlə bağlı məsələyə inventarizasiya prosesi başa çatandan sonra baxılacağını qeyd edib.
banner

Oxşar Xəbərlər