AZE | RUS | ENG |

“Sovetski”də köçürmə prosesinin ikinci mərhələsi barədə qərar veriləcək

“Sovetski”də köçürmə prosesinin ikinci mərhələsi barədə qərar veriləcək
Köçürmə üçün vəsait ayrılıb, qiymətləndirici və söküntü təşkilatlarının müəyyənləşdirilməsi məqsədilə tenderlər keçirilib

Yaxın günlərdə Nazirlər Kabineti Bakı şəhərinin "Sovetski” məhəlləsində köçürmə prosesinin ikinci mərhələsinin başlanması barədə qərar verəcək.
 
APA-nın məlumatına görə, bunu Yasamal rayon İcra Hakimiyyətində 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş toplantıda rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov deyib. O bildirib ki, prezident İlham Əliyev tərəfindən "Sovetski” adlanan ərazidəki istifadəyə yararsız evlərin satın alınması işlərinin davam etdirilməsi məqsədilə 2018-ci ildə "Təzə Pir” məscidinin yuxarı hissəsində Nəriman Nərimanov prospekti ilə İsmayıl bəy Qutqaşınlı küçəsi arasındakı evlərin satın alınması və həmin ərazinin təmizlənməsi barədə müvafiq tapşırıqlar verilib.
 
İH başçısı nəzərə çatdırıb ki, 2018-ci ildə həyata keçiriləcək növbəti mərhələdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərinin satın alınması, onların sökülərək ərazinin təmizlənməsi qarşıya qoyulmuş başlıca vəzifələrdən biridir: "Artıq bu məqsədlə vəsait ayrılıb, qiymətləndirici və söküntü təşkilatlarının müəyyənləşdirilməsi məqsədilə tenderlər keçirilib. Yaxın günlərdə ərazidə köçürmə tədbirlərinin başlanması ilə əlaqədar Nazirlər Kabinetinin yeni qərarı gözlənilir”.
 
Yasamal rayon İcra Hakimiyyətinin başçısı qeyd edib ki, "Sovetski” ərazisində Bakı şəhərinin Baş Planının icrası ilə əlaqədar söküntüyə məruz qalmış Hacı Cavad məscidinin Mətbuat prospektində daha münasib və mükəmməl layihə əsasında yeni binası inşa olunur. Tikinti işləri artıq başa çatdırılıb, hazırda tərtibat işləri icra olunur, məscidin yaxın zamanda dindarların istifadəsinə verilməsi nəzərdə tutulur: "Mədəniyyət və Turizm Nazirliyi xətti ilə rayonda daha bir məsciddə – İmam Hüseyn məscidində əsaslı təmir işləri aparılır, yaxın gələcəkdə paytaxtımızı daha bir dini tarixi memarlıq abidəsi bəzəyəcək”.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6904
GBP 1 İngilis funt sterlinqi 2.2768
TRY 1 Türk lirəsi 0.3642
KWD 1 Küveyt dinarı 5.6242
SEK 1 İsveç kronu 0.1976
EUR 1 Avro 2.0067
CHF 1 İsveçrə frankı 1.7266
USD 1 ABŞ dolları 1.7000