• cümə axşamı, 18 aprel, 15:23
  • Baku Bakı 22°C

“Sovetski” və metro ticarəti məsələsi Milli Məclisdə qaldırılıb

14.03.14 11:14 1250
“Sovetski” və metro ticarəti məsələsi Milli Məclisdə qaldırılıb
Trend xəbər verir ki, bu gün Milli Məclisin plenar iclasında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2013-cü ildə fəaliyyətinə dair illik hesabatı dinlənildikdən sonra hesabatın müzakirəsinə başlanılıb.
Millət vəkili Fazil Mustafa bildirib ki, hesabatda bütün məsələlər geniş şəkildə öz əksini tapıb. Onun fikrincə, ölkədə sosial-iqtisadi səhədə irəliləyiş olduğunu hamı təsdiq edir, amma bununla yanaşı problemlər də mövcuddur: "Son vaxtlar Azərbaycanda baş verən kiçik və orta sahibkarların qarşısında yaradılan problemlərdən danışmaq istəyirəm. Məsələn, metrodakı ticarət köşklərinin sökülməsi ilə bağlı çıxarılan qərardan. Düzdür, metro keçidlərində bunlar olmamalıdır. Bunlar pintilik, səliqəsizlik yaradır. Amma sahibkarlar həmin yerə nə qədər pul ödəyir, oranı təmir edirlər. Həyatlarını oraya bağlayırlar. Lakin bir gün sonra gözlərini açıb görürlər ki, əllərində heç bir sənəd yoxdur və yerləri əlindən alınır. Eləcə də "Sədərək", "Binə" və digər ticarət mərkəzlərində də sahibkarlara heç bir sənəd verilmir".
F.Mustafa hesab edir ki, həmin yerlərdə çalışan şəxslərə bir ay əvvəldən xəbərdarlıq edilməlidir: "Onlara başqa ərazidə yer verilməlidir. Bu, dövlət qarşısında problemə çevrilir".
Millət vəkili daha sonra "Sovetski"dəki söküntülərdən danışıb: "Dediklərim "Sovetski"də yaşayan insanlara da şamil edilir. Olmaz ki, həmin yerlərdə bir neçə hündürmərtəbəli yaşayış evi tikilsin? Çox insan oraya öyrəşib, orada onun uşağı təhsil alır, həyat yoldaşı işləyir, orada böyüyüb, yaşayıb. İndi bu hara getsin?"
banner

Oxşar Xəbərlər