• cümə, 19 Aprel, 21:34
  • Baku Bakı 24°C

“Sovetski” sakinlərinə bina tikiləcək

15.07.14 11:26 1022
“Sovetski” sakinlərinə bina tikiləcək
APA-nın məlumatına görə, binanı inşa edəcək şirkətin rəsmilərinin bu gün keçirdikləri mətbuat konfransında “Sovetskaya Kooperativi” layihəsi təqdim edilib.
Mətbuat konfransında bildirilib ki, yaşayış binası 16 mərtəbəli, 9 blok və hər blokda 90 mənzildən (ümumilikdə 810 mənzil) ibarət olacaq. Mənzilin bir kvadrat metri 380 manat təşkil edəcək.
Bildirilib ki, binanın Ukrayna dairəsi, Gəncə prospektində inşa edilməsi nəzərdə tutulur.
Ümumi “Pay Fondu” yaradılacaq, sakinlərlə müqavilə imzalanacaq və 50 faiz ödəniş etdikdən sonra mənzil sahibinin adına sənədləşdiriləcək.
Artıq layihənin hazırlıq dövrü bitib. Binanın tikintisinin 18 aya yekunlaşması nəzərdə tutulur.
Mənzillər sakinlərə təmirsiz şəkildə təqdim olunacaq. Hələlik sakinlərdən ərizələr yığılır. Artıq binada mənzil almaq istəyən sakinlərin 50 faizdən çoxundan ərizə toplanıb.
banner

Oxşar Xəbərlər