• şənbə, 20 Aprel, 16:18
  • Baku Bakı 23°C

Sovet tankını stadiona gətirdilər

28.08.19 11:17 4728
Sovet tankını stadiona gətirdilər
"Srvena Zvezda”nın fanatları qeyri-adi addımla gündəmə gəliblər.
Kaspi.az xəbər verir ki, fanatlar sovet tankını stadionun qarşısında yerləşdiriblər. Onlar bunu ÇL-in pley-off mərhələsində "Yanq Boyz”la dünənə keçirilən oyundan bir gün əvvəl ediblər.
Fanatlar istismar müddəti başa çatan tankı rəngləyiblər. Tankın üzərinə "Srvena Zvezda”nın rəngləri, emblemi vurulub, "Şimal ordusu” yazılıb. "Şimal ordusu” Belqradın birləşmiş ultras qrupunun adıdır.
Hadisə yerinə polis gəlib və tankın hər hansı təhlükə törətmədiyini müəyyənləşdirib. Xorvatiya mediası isə bu hadisəni təxribat kimi qiymətləndirib və UEFA-dan araşdırma aparmağı tələb edib.
"Srvena Zvezda” - "Yanq Boyz” qarşılaşması 1:1 hesabı ilə yekunlaşıb. Səfər oyunu 2:2 başa çatdığı üçün Belqrad klubu ÇL-in qrup mərhələsinə adlayıb.
banner

Oxşar Xəbərlər