• cümə, 19 Aprel, 06:58
  • Baku Bakı 13°C

SOVET ƏDƏBİYYATI VƏ SENZURA

23.05.16 11:07 3170
SOVET ƏDƏBİYYATI VƏ SENZURA
Söz azadlığı problemi bütün tarixi dövrlərdə hökm sürmüşdür. Bu gün ölkələr vətəndaş cəmiyyəti prinsipləri üzərində hüquqi dövlət qurur. Bu cür cəmiyyət hər bir vətəndaşa öz istedadını reallaşdırması üçün bərabər şərtlər qoyaraq, onun müdafiəsini (o cümlədən də dövlət tərəfindən müdafiəsini) təmin edir.Ədəbiyyatda senzura hər zaman aktual mövzu olmuşdur, əsasən də sovet hakimiyyəti dövründə. Qadağalar zamanı çox söz danışmaq olmazdı, o səbəbdən də yazılar ciddi senzuraya məruz qalırdı. Bu gün bu kimi tədqiqatların məqsədi ədəbiyyatın "sosialist realizminə” çevrilməsi xüsusiyyətlərini hakimiyyətin totalitar sistemi kimi aşkara çıxarmaqdır.

XX əsrin 20-30-cu illərində ölkədəki həyəcanların səbəbi

XX əsrdə cəmiyyətin narahatlığının səbəbi inqilabdan sonrakı hadisələr idi. 1917-ci ildə Oktyabr çevrilişi baş verdi. Bununla da Rusiya mütləqiyyət monarxiyasına çevrildi və imperiyanın sonuncu çarı Nikolay Romanovun hakimiyyəti sona çatan kimi, kommunizmin başlanmasına qərar verildi.
Bir müddət sonra bolşeviklərlə (Qızıl Ordu) onların müxalifləri menşeviklər (Ağlar hərəkatı) arasında vətəndaş müharibəsi başlandı. Hər iki tərəf siyasi rəhbərliyi diktatura yolu ilə qurmağa çalışırdı. Qırmızıların məqsədi dünya inqilablarını aktiv şəkildə dəstəkləməklə sinifsiz kommunist cəmiyyəti qurmaq, ağların məqsədi isə yeni təsisat yığıncağında Rusiyanın siyasi quruculuğu haqdakı məsələlərin həllinə baxmaq idi. "Qırmızı hərəkatın” qələbəsi ilə nəticələnən müharibənin sonu V.İ.Leninin başçılığı ilə Sovet Sosialist Respublikası İttifaqının yaranması üçün şərt oldu. İdarəetmə formasının yenidən qurulması bütün cəmiyyəti həyəcanlandırdı, çünki əvvəlki qanun və ənənələr öz aktuallığını itirmişdi. İndi yeni qaydalar qəbul edilməli, hakimiyyətə yeni insanlar gəlməli, yeni həyat başlamalı idi. Əlbəttə ki, bir çoxları üsyan edərək bununla razılaşmır, lakin yeni hakimiyyət tərəfindən tezliklə zərərsizləşdirilirdi.
Əlbəttə ki, cəmiyyət - əsasən də yazıçı, publisist və şairlər baş verənlərə cavab verdi. Kimsə razılaşır və bolşevikləri tam olaraq dəstəkləyir, kimsə narazı olur və öz fikrini dilə gətirir, bununla da yeni hakimiyyəti güclü senzura yaratmağa sövq edirdi. Məsələn, "Bədii ədəbiyyat sahəsində partiyanın siyasəti haqqında” qətnaməsində birbaşa olaraq proletar yazıçılarının ədəbiyyatda rolunun genişlənməsinə doğru aparan vəziyyət qeyd olunur, əsərlər sinfi mübarizə nöqteyi-nəzərindən gözdən keçirilirdi. Ölkədə senzura yoxlamalarının effektiv mexanizmini yarada bilmək üçün 1922-ci ildə Rusiya Sovet Federasiyası Xalq Maarif Komissarlığı "ədəbiyyat və nəşriyyatda qlavlit (SSRİ-də ədəbiyyat və nəşriyyat işləri üzrə baş idarə - X.N.) işi” üzrə əvvəllər mövcud olan senzura təşkilatlarının bütöv hissələrinin funksiyalarını özündə birləşdirən baş idarə yaradıldı. Bu andan hər bir əsər sanki açıqca, qəzet və ya teatr tamaşası kimi, qlavlitin icazəsi-vizası olmadan işıq üzü görə bilməzdi. İncəsənətin müxtəlif növlərinin senzura yoxlamalarının mövcudluğu üçün xüsusi şöbələr və orqanlar yaradıldı. 1923-cü il 9 fevral Xalq Maarif Komissarlığında yeni orqan-baş repertuar komitəsi peyda oldu. Bu yeni senzura orqanına bütün dram və kinomatoqrafiya əsərlərinə baxış, tamaşaçı tədbirlərinə icazə, icazəli və icazəsiz əsərlərin siyahıya alınması funksiyaları həvalə olundu.
Biz həmin dövrün ədəbiyyat xadimlərinin bioqrafiyasına nəzər salarkən onların talelərinin nümunəsində ədəbiyyatın tənəzzülünün şahidi oluruq. İndi isə dövlətin o dövrün yazıçıları, şairləri və publisistlərinə qarşı münasibətini araşdıraq.

Sosialist realizmi dövründə bir neçə sovet şair və yazıçılarının ədəbi fəaliyyətinin qısa bioqrafiyası və analizi

1. Vladimir Vladimiroviç Mayakovski
2. Mayakovski özünü tez-tez "ilk şair" və "ilk vətəndaş" adlandırırdı. Şair Gürcüstanda, Boqdati adlı kiçik qəsəbədə dünyaya gəlmişdir. 1906-cı ildə atasının ölümündən sonra anası və bacıları ilə Moskvaya köçən Vladimir Mayakovski Marksist ədəbiyyatı ilə maraqlanan, inqilabi əhval-ruhiyyəli tələbə idi. 1908-ci ildə Martov Yul Os (gələcək bolşevik) və V.İ.Leninin (gələcək bolşevik) rəhbərliyi altında yaradılmış RSDFP-nin (Rusiya Sosial-Demokrat Fəhlə Partiyası - X.N.) üzvü oldu.
Vladimir Vladimiroviç təbliğatçı idi, bu səbəbdən gizli nəşriyyat və anarxistlərlə münasibətdə günahlandırılaraq üç dəfə həbs olunmuşdu. Üçüncü dəfə həbsdən çıxan Mayakovski partiyanı bu sözlərlə tərk etdi: "Niyə partiyada deyiləm? Çünki, kommunistlər frontda işləyirdi. İncəsənətdə və maarifçilikdə hələ ki, könüllülər fəaliyyət göstərir. Məni isə Astraxana balıq tutmağa göndərdilər”.
1910-1920-ci illərdə şair-futurist, öz yaradıcılıq fəaliyyətinə inqilabi təbliğat və öz muzası (qədimYunan mifalogiyasınagörəZevsvəMnemosinainParnasdayaşayan qızları olub, elm, poeziya və incəsənətin qəyyumları sayılırdılar. "İliada" və "Odisseya"da ilk dəfə söz açılan Muzalar sayca doqquz olmuşlar. Əsasən Zevsin qızları kimi tanınsalar da,bəzən onları Harmoniyanın qızları kimi də qələmə verirlər.) olan Lili Brikə məhəbbət poemaları yazmaqla başlamışdır. 1920-ci ildə dünya inqilabı mövzusunda yazdığı "150000000” adlı poemanı bitirir. Mayakovski "Komfut” adlı Kommunist futurizmi qrupu yaratmış, "Kommuna tarixi” qəzeti ilə əməkdaşlıq etmişdir.
1923-cü ildə o, "LEF" "Sağ cəbhə" qrupunu yaratdı. Burada o özü, B.Pasternak, O.Brik, Şklovski və başqaları iştirak edirdi. 1924-cü ildə V.V.Mayakovskinin proletariatın şəxsiyyətinə müsbət münasibətini nümayiş etdirdiyi "Vladimir İliç Lenin” poeması dərc olundu. Vətəndaş müharibəsi illərini Vladimir Mayakovski həyatının ən yaxşı illəri hesab edir, bunu nostalji hisslərə qapılaraq yazdığı "Yaxşı” (1927) poemasında da xüsusi olaraq qeyd edirdi. 1929-cu ildə yazdığı "Hamam” pyesi də RPYA tərəfindən (RPYA – Rusiya proletar yazıçıları assosiasiyası – X.N.) tənqid olundu. O, təşviqat kompaniyasında çalışır və reklamlarda çəkilirdi, bu səbəbdən dostları - Pasternak və Katayev tərəfindən tənqid olunurdu
Beləliklə, Vladimir Vladimiroviç Mayakovskinin fəaliyyətinə nəzər saldıqda biz görə bilirik ki, şair ilk öncə baş verən inqilabı, kommunizmi və V.İ.Lenini qəbul edir. Bu səbəbdən də hakimiyyəti müdafiə edir və senzuraya az məruz qalırdı.

Boris Leonidoviç Pasternak

1920-ci illərin sonu, 30-cu illərin əvvəlində Pasternakın yaradıcılığı rəsmi olaraq Sovet tərəfindən (qısamüddətli) yüksək nüfuza malik oldu. O, Sovet İttifaqı yazıçıları birliyinin tədbirlərində uğurla iştirak etmiş və 1934-cü ildə ilk qurultayda çıxış etmişdir. Elə həmin qurultayda Boris Leonidoviç rəsmi olaraq "Sovet İttifaqının ən yaxşı şairi” adlandırılmışdır.
1935-ci ildə Boris Pasternak Anna Axmatovanın əri və oğlunun müdafiəsinə qalxır - onlar Pasternakın və Axmatovanın hakimiyyətə ünvanlanan məktublarından sonra azad olunurlar.
1936-cı ilin yanvarında yazıçı İ.V.Stalinə heyranlıqla dolu sözlərlə müraciət edən iki şeir dərc elətdirir. Lakin 1936-cı ilin ortalarında hakimiyyətin ona qarşı münasibəti dəyişir - onu həm "həyatdan uzaqlığı”, həm də "yaşadığı dövrə uyğun olmayan dünyagörüşü”nə görə günahlandırır, yaradıcılığında mövzu və ideya yenilənmələri tələb edirdilər.
1937-ci ildə isə Boris böyük vətəndaş cəsarəti göstərərək Tixoçovski və digərlərinin güllələnməsinə razılıq bildirən məktubu imzalamağa etiraz edir. Ardınca, repressiyaya düşmüş Pilnyakın evini nümayişkarcasına ziyarət edir. Bu Pasternakın rəsmi ədəbiyyatdan uzaqlaşdırılmasının ilk mərhələsi olur. Növbəti mərhələ yazıçı tərəfindən 1945-1955-ci illər ərzində 10 ilə yaranmış "Doktor Jivaqo” romanından sonra oldu. Müəllif özü sözügedən romanı öz yaradıcılığının zirvəsi hesab edirdi. Əsər inqilabdan sonrakı Böyük Vətən müharibəsinə qədərki dramatik dövrünün fonunda rus zadəgan həyatını əks etdirirdi. Roman hakimiyyət dairələri tərəfindən kəskin şəkildə etirazla qarşılandı və bundan sonra müəllif rəsmi Sovet ədəbiyyatı çevrəsində "oktyabr çevrilişi” və ölkənin həyatındakı növbəti dəyişikliklərə qarşı bir mənalı olmayan mövqeyinə görə dərc olunmadı.
Sovet nasiri və publisisti E.Q.Kazakeviç romanı oxuduqdan sonra bəyan etdi: "Romana əsasən, heç demə, oktyabr inqilabı mənasız idi və olmasaydı daha yaxşı olardı.”
Beləliklə, Sovet senzurası Boris Pasternaka da "toxundu”. "Doktor Jivaqo”nun "sərhəddən kənarda” çapından sonra ona qarşı əsl təqib başladı və müəllif SSRİ-nin Yazıçılar Birliyindən uzaqlaşdırıldı.

Anna Andreyevna Axmatova

Anna Axmatovanın yaradıcılığının xarakterik cizgilərini varlığının mənəvi əsaslarına, hisslərinin psixoloji şəkildə geniş şəkildə anlaşılmasına, XX əsrin ümumxalq faciələrinin onun şəxsi hissləri ilə qarışıq dərk olunmasına görə ayırd etmək olar. Onun avtobioqrafik mövzulu "Rekviem” poeması 30-cu illər repressiya qurbanlarına həsr olunmuş ilk poetik əsərlərdən biridir.
Anna Andreyevna Axmatovanın faciəli taleyi olub. O, özü həbsdə və ya axtarışda olmasa da, həyatındakı üç ən yaxın adam repressiyaya məruz qalmışdır. (əri N.S.Qumilyov 1921-ci ildə güllələnmiş, 1930-cu illərdə həyat yoldaşı Nikolay Runin üç dəfə həbs olunmuş və düşərgədə həlak olmuşdu; yeganə övladı L.N.Qumilyov on ildən çox həbsdə olmuşdur.) "Xalq düşmənlərinin” dul qadını və anasının dərdi də "Rekviem” poemasında əks olunmuşdur.
Hələ 1920-ci illərdə rus poeziyasının klassiki kimi qəbul olunan Axmatova senzura və böhtandan gizlənməyə məruz qalmışdır. Onun 1922-1966-cı illər aralığında işıq üzü görən şeir toplularını tam şəkildə müəllif yazısı adlandırmaq mümkün deyil.
Sov.İKP MK (Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi nin - Sovet İttifaqı Kommunist Partiyasının qurultaylararası ali orqanı – X.N.) Anna Axmatova haqqında qərarından bir hissə: "Axmatova bizim xalqa yad olan, heç bir ideyası olmayan poeziyanın tipik nümayəndəsidir. Onun pessimizm ruhu ilə dolu keçmiş saray ədəbiyyatı zövqündə olan poeziyası burjua – aristokrat estetizmi və dekadentliklə dondurulmuş, "Sənət sənət üçündür” prinsipi ilə yazılmışdır. Öz xalqı ilə ayaqlaşmaq istəməyənlər bizim gənclərin tərbiyəsinə xələl gətirir və onlar sovet ədəbiyyatında arzuolunmaz şəxslərdir.

Maksim Qorki. (Aleksey Maksimoviç Peşkov)

Maksim Qorki insanlar arasındakı sinifləri dağıtmağa çalışaraq, onların bərabərhüquqlu yaşamasını istəyirdi. 1904-05-ci illərdə Qorki "Bağbanlar”, "Günəşin uşaqları”, "Varvarlar” əsərlərini yazır. Elə həmin illərdə V.İ.Leninlə tanış olur. Yazıçı 1905-07-ci illər inqilablarının iştirakçısı olmuş, 1905-ci ilin payızında Rusiya Sosial-Demokrat Fəhlə Partiyasına daxil olmuşdur. 1906-cı ildə Qorkinin xaricə səfəri başlayır. Bu dövrdə o, özünün məşhur əsərləri olan "Ana”, "Düşmənlər” pyesini yaratmışdır. Vərəm səbəbindən 7 il İtaliyada yaşayan M.Qorki içtimai və siyasi fəaliyyət göstərir, bolşeviklərin metodlarını tənqid edir, onların köhnə intelligensiyasiyaya münasibətini müzakirə edirdi. Hətta o, intelligentlərin bir hissəsini bolşeviklərin repressiyasından və aclıqdan xilas etməyə də müvəffəq olur.
Qısa müddət üçün Qorki vətənə qayıdır, lakin 1921-ci ildə ölkəni yenidən tərk etməli olur. Onun gedişinin bir neçə versiyası vardı : birincisi- xəstəliyinin şiddətlənməsi səbəbindən V.İ.Leninin təkidi ilə xaricə müalicəyə gedir, digər versiyaya görə-Maksim Qorki ölkəni hakimiyyətlə fikir ayrılığına görə tərk etməli olmuşdur.
1928-ci ildə hakimiyyətin və İ.V.Stalinin şəxsi müraciəti ilə Qorkinin kommunistlərin nail olduğu nəticələri araşdırması üçün SSRi-yə səfəri başa çatır.
1932-ci ildə Maksim Qorkinin Sovet İttifaqına dönüşü baş verdi. Hökumət ona imarət bağışladı. Elə bu yerdə Stalindən Sovet yazıçılarının 1-ci qurultayı üçün Əsasnamə hazırlamaq haqqında sifariş aldı. Qorkiyə böyük həcmli işlər həvalə olunmuşdu: "Fabrik və zavodların tarixi” , "Vətəndaş müharibəsinin tarixi”, "Şairin kitabxanası” seriyaları və sairə. 1934-cü ildə M.Qorki Sovet yazıçılarının 1-ci ümumittifaq qurultayını keçirir və öz hesabatı ilə çıxış edir. Sonra "Stalin adına kanal” kitabının redaktoru olur.
Bütün bunlardan belə bir nəticəyə gəlmək olar ki, əvvəlcə M.Qorki oktyabr inqilabına skeptik yanaşdı, lakin sonralar həbs olunanlar üçün bolşeviklərin qarşısında vəsatət qaldırdı. Bir müddət sonra isə o, özü hakimiyyətlə problemlərə görə ölkədən mühacirət etməli oldu, lakin ömrünün sonunda yazıçı Vətənə qayıtdı və sosialist-realizminin yaradıcılarından birinə çevrildi.
Vladimir Mayakovsinin, Boris Pasternakın, Anna Axmatovanın, Maksim Qorkinin nümunəsində biz həm hakimiyyətin yazıçılara, həm də əksinə yazıçıların hakimiyyətə qarşı münasibətini görürük. Hakimiyyətə gələn bolşeviklər yazıçılar, musiqiçilər, rəssamlar vasitəsilə diktatura yolu ilə cəmiyyətə təsir göstərmək istəyirdilər, lakin bir çox yaradıcı xadimlər bu şərtlərlə razılaşmırdı və onları repressiyalara, güllələnməyə, kəskin senzuraya (nəşr olunmağa qadağa, senzor müdaxiləsi və sair) məruz qoyurdular.
Hakimiyyətin yarandığı ilk illərdə SSRİ-də senzura ideoloji xarakterə malik idi. Xüsusi orqanlar yayılan informasiyanı o cümlədən çap produksiyalarını, musiqili və səhnə əsərlərini və başqalarını bütün mənbələrdən silmək məqsədi ilə yoxlayırdı. Qadağaya məzmunundan asılı olmayaraq ayrı-ayrı müəlliflərin əsərləri məruz qalırdı.
Sovet senzurası yaratdığı ideoloji quruluşla səsləşən şiddət səhnələrinə mane olmurdu, məsələn "xalq düşməni”nə qarşı zorakılığı aşkarca nümayiş etdirirdilər. Əsas senzura obyekti "antisovet təbliğatı”, hərbi və iqtisadi sirlər, SSRİ haqqında neqativ informasiyalar olurdu. "SSRİ-də həmişə və hər şey qaydasında idi."
Yeni hakimiyyət dağılmaq qorxusu səbəbindən onların ideologiyası ilə səsləşən cəza yolu ilə ölkədə müsbət ovqat yaratmağa çalışırdı. İnsanların isə üç yolu var idi: birincisi-bolşeviklərin tapşırıqlarını etirazsız yerinə yetirmək, ikincisi - hakimiyyətin əleyhinə olmaq və ciddi şəkildə şiddətə məruz qalmaq və üçüncüsü – ölkəni tərk etmək, bununla da onlar vətəni, və özlərini tərk etməli olurdular...

İnternet materialları əsasında hazırlayaraq, tərcümə edən – Xatirə Nurgül

banner

Oxşar Xəbərlər