• cümə axşamı, 25 aprel, 04:21
  • Baku Bakı 19°C

Şou proqramları azalır - Açıqlama

09.05.14 09:38 1187
Şou proqramları azalır - Açıqlama
“Azərbaycanda şou proqramların azalma tendensiyası başlayıb”. APA-nın xəbərinə görə, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli jurnalistlərə açıqlamasında deyib ki, əslində, belə də olmalıdır. O bildirib ki, şura televiziyalarda intellektual verilişlərin daha çox yer almasının tərəfdarıdır: “Çünki televiziya cəmiyyəti öz arxasınca aparan bir vasitədir. Ona görə də burada intellektual proqraqmların sayı daha çox olmalıdır”.
MTRŞ sədri qeyd edib ki, bu yaxınlarda lisenziya verilmiş “Region TV” yaxın günlərdə fəaliyyətə başlayacaq. Hazırda Azərbaycanda hər hansı yeni bir televiziyanın açılmasının gözlənilmədiyini söyləyən N. Məhərrəmlinin sözlərinə görə, telekanalların sayı Azərbaycanın əhalisi və say tərkibinə görə kifayətdir.
Şura sədri özəl televiziyalarda bədii şuraların yaranmasını da vacib hesab edib: “Hazırda bazar iqtisadiyyatı olduğu üçün biz özəl televiziyaların işinə qarışa bilmərik. Amma çox arzulayardıq ki, özəl televiziyalarda da bədii şuralar yaransın. Əgər yaranarsa biz onlara dəstək göstərə bilərik”.
banner

Oxşar Xəbərlər