• cümə, 29 Mart, 17:07
  • Baku Bakı 14°C

Şou-biznes əhlindən jurnalistlərə təbrik

22.07.13 15:17 1644
Şou-biznes əhlindən jurnalistlərə təbrik
Bu gün jurnalistlərin peşə bayramıdır. Lent. az-ın məlumatına görə, Milli Mətbuat günü münasibətilə şou-biznes əhlindən də jurnalistlərə təbriklər gəlib. Onların bir neçəsini təqdim edirik.
İlhamə Quliyeva: “ Əziz, dördüncü hakimiyyətin nümayəndələri! Sizi peşə bayramınız münasibəti ilə ürəkdən təbrik edirəm. Arzu edirəm ki, sözünüz həmişə kəsərli olsun. Bilirsiniz ki, mən həmişə dördüncü hakimiyyətə hörmətlə yanaşmışam. Hər zaman yaradıcılıq planlarımı, sənət uğurlarımı, hətta şəxsi həyatımla bağlı bir çox məqamları da sizinlə paylaşmışam... Bayramınız mübarək!”
Nazpəri Dostəliyeva:
“İyulun 22-si Azərbaycan Milli Mətbuat günüdür. Bütün jurnalistləri peşə bayramı münasibətilə təbrik etməyi özümə borc bildim. Mənə həqiqətən doğma, əziz olan jurnalistlər, arzum budur ki, həmişə dəqiq qərəzsiz və vicdanlı yazılarınızla oxucularınızı sevindirəsiniz. Qələminiz hər zaman iti və uğurlarınız bol olsun. Mənə hər zaman yazılarınızda dəyər verdiyiniz ucun sizlərə təşəkkür edirəm ”.
Nadir Qafarzadə: “Bu gün Azərbaycandan kənarda olsam da buradan bütün jurnalistlərimizi təbrik edirəm. Neçə belə xoş firavan illərə çıxmalarını diləyirəm. Qələminiz hər zaman iti olsun”.
Faiq Ağayev: “Əziz jurnalist dostlarım. Məharətli qələm, söz, kamera və mikrofon ustaları peşə bayramınız mübarək”.
Brilliant Dadaşova: “Bu gün Milli Mətbuat günüdür. Bizim çox gözəl ədalətli, savadlı, vicdanlı jurnalistlərimiz var. Onlar uzun illərdir siz tamaşaçılarla aramızda körpü yaradıb, ünsiyyət qurmağımıza səbəb olublar. Onlara sonsuz təşəkkürümü bildirib, müstəqil azad Azərbaycanımızda neçə-neçə belə gözəl bayramları qeyd etmələrini arzu edirəm. Arzu edirəm ki, əsl jurnalistlərimiz öz sıralarını, aralarında olan alaq otlardan təmizləyə bilsinlər”.
banner

Oxşar Xəbərlər