• cümə, 29 Mart, 13:35
  • Baku Bakı 14°C

Şoto Rexviaşvili: Regionlar arasında əməkdaşlıq müsbət nəticələr verir

11.06.19 12:00 501
Şoto Rexviaşvili: Regionlar arasında əməkdaşlıq müsbət nəticələr verir
Avropa İttifaqının "Şərq Tərəfdaşlığı” ərazi əməkdaşlıq proqramı çərçivəsində Gürcüstanın və Azərbaycanın regionları arasında işbirliyi müsbət nəticələr verir. Bunu insanların dəyişən sosial həyatında və baxışlarında görmək olar.
Bu sözləri Gürcüstanın Kvemo Kartli regionunun qubernatoru Şota RexviaşviliAZƏRTAC-a müsahibəsində söyləyib.
Qubernator deyib ki, ərazi əməkdaşlığı çərçivəsində Azərbaycan və Gürcüstan QHT-lərinin kənd təsərrüfatı, turizm, sosial və mədəni sahələrdə həyata keçirdikləri layihələr insanların həyat tərzinin yaxşılaşmasında özünü göstərir. Bu layihələr gənclərimizin inteqrasiyasında, həyata baxışlarının formalaşmasında mühüm rol oynayıb.
"Biz Gürcüstan tərəfi olaraq, bu cür layihələrin davamlı olmasında maraqlıyıq. İnanırıq ki, azərbaycanlı dostlarımız da bizə dəstək verəcək və bu cür layihələr davamlı olacaq”, - deyə Ş.Rexviaşvili vurğulayıb.
banner

Oxşar Xəbərlər