• cümə axşamı, 25 aprel, 04:07
  • Baku Bakı 19°C

Şotlandiyalı qonaq: Bakıda yarışların təşkili daha yüksək səviyyədədir

24.06.17 19:49 1342
Şotlandiyalı qonaq: Bakıda yarışların təşkili daha yüksək səviyyədədir
Bakıya birinci dəfədir gəlirəm. Bura həm turist kimi, həm də Formula 1 yarışına tamaşa etmək üçün gəlmişəm.
Bunu Trend-ə Şotlandiyadan olan qonaq Donald Alan deyib.
O qeyd edib ki, ötən ildən Bakıya gəlməyi planlaşdırıb:
"Mən keçən il Bakıda keçirilən Formula 1 yarışını televiziya vasitəsilə izlədim və gördüm ki, paytaxtınız çox gözəl şəhərdir. Bu dəfə fürsəti əldən vermədim, həm Formula 1 yarışını izləmək, həm də Bakını görmək üçün bura gəldim. Bakı çox gözəl şəhərdir və mənim üçün artıq sevimli bir şəhərdir”.
Şotlandiyalı qonaq qeyd edib ki, Azərbaycan Formula 1 yarışını çox yüksək səviyyədə təşkil edib:
"Bundan əvvəl Sinqapurda Formula 1 yarışını izləmişdim. Bu gün görürəm ki, Bakıda yarışların təşkil olunması daha yüksək səviyyədədir”.
Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi – Azərbaycan Qran-Prisinə start verilib. İyunun 25-də Formula 1 – Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.
Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.
banner

Oxşar Xəbərlər