Sosial sığınacaqlar gücləndirilmiş iş rejimində işləyəcək
Ölkəmizin ərazisində
yanvarın 16-dan 17-ə keçən gecədən başlayaraq 18-i gündüzədək gözlənilən ifrat
təhlükəli hidrometeoroloji hadisə ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin sosial sığınacaqları gücləndirilmiş iş rejimində işləyəcək.
Kəskin hava şəraiti
ilə əlaqədar sığınacağa ehtiyacı olanlar dərhal yaş səviyyələrinə uyğun olaraq
Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağda və ya
Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına
çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsində yerləşdiriləcəklər.
Bu məqsədlə
müvafiq Qərargah da yaradılıb. Qərargahla əlaqə nömrələri: (050)669 33 66, (070)669 33 66.
Vətəndaşlardan
gözlənilən təhlükəli hava şəraitində sosial sığınacağa ehtiyac duyan şəxslər,
onların hazırda olduqları yer barədə qeyd olunan nömrələrə zəng vuraraq, habelə
Nazirliyin 142 – Çağrı mərkəzi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş
olunur.
Sığınacaqlara
yerləşdiriləcək şəxslər burada yataq, yemək və ilkin tibbi
yardımla təmin olunacaqlar.