• bazar ertəsi, 23 dekabr, 01:41
  • Baku Bakı 9°C

Sosial şəbəkələrdə təbliğat kompaniyası ilə bağlı toplantı keçirilib - Fotolar

24.04.17 15:00 1464
Sosial şəbəkələrdə təbliğat kompaniyası ilə bağlı toplantı keçirilib - Fotolar
Binəqədi rayonunda IV İslam Həmrəylik Oyunlarının Sosial şəbəkələrdə təbliğat kampaniyası ilə bağlı toplantı keçirilib.

Binəqədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov toplantı haqqında geniş məlumat verərək bildirib ki, gənclər sosial şəbəkələrdə düzgün istifadə etməklə ölkəmizin təbliğatını aparmalıdırlar. İslam Oyunları zamanı gənclərimizi fəal olmağa dəvət edən natiq bu gün keçirilən təlimin onlar üçün maarifləndirici olacağını diqqətə çatdırıb.

Binəqədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova Binəqədi rayonun rəsmi facebook səhifəsi haqqında geniş məlumat verib, IV İslam Həmrəylik Oyunlarının Sosial şəbəkələrdə təbliğat kompaniyası ilə bağlı gənclərimizi aktiv olmağa dəvət edib. O, rayonda gənclərin bu sahədə aktiv olması üçün müəyyən edilmiş haştaglar haqqında da geniş məlumat verib.

Sonra Binəqədi rayon İcra Hakimiyyətində təcrübədə olan ASAN könüllüləri Azər Ağayev və Səma Tağıyeva "Gəlin Həmrəy olaq” adlı təqdimat ediblər.

Çıxışlardan sonra toplantını "7news.az” saytının rəhbəri Səbuhi Abbasov davam etdirib. O, "Sosial şəbəkələrdə saytlardan düzgün istifadə qaydaları”, "Saytlarla əməkdaşlığın düzgün aparılması üçün vacib olan amillər”, "Sosial şəbəkələrdə təhlükəsizlik qaydaları”, "Sosial medianın əhəmiyyəti”, IV İslam Həmrəylik Oyunlarının Sosial şəbəkələrdə təbliğat kompaniyası mövzuları əsasında geniş məlumat verib.

Mövzu əsasında gəncləri maraqlandırılan suallar cavablandırılıb və təlim diskussiya şəkilində davam etdirilib.

Təlimin yekun mərhələsində xatirə fotosu çəkdirilib.





banner

Oxşar Xəbərlər