• cümə, 29 Mart, 16:55
  • Baku Bakı 14°C

Sosial şəbəkələrdə qanunsuz çağırış edən bir qrup şəxs cəzalandırıldı

09.07.18 19:55 920
Sosial şəbəkələrdə qanunsuz çağırış edən bir qrup şəxs cəzalandırıldı
Azərbaycanda yaranmış enerji fasiləsi və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsdlə əlaqədar sosial şəbəkələrdə qeyri-qanuni çağırışlar etdiyinə görə bir qrup şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, 10 nəfər barəsində 30 gün müddətinə həbs-qətimkan tədbiri seçilib.
Bunlar Bakı sakini, 1981-ci il təvəllüdlü Qurbanov Rabil Səlvər oğlu, Xırdalan şəhər sakini, 1959-cu il təvəllüdlü Ferazi Yaşar İbrahim oğlu, Tovuz rayon Aşağı Ayıblı kəndi sakini Əliyev Elxan Rüstəm oğlu (05.10.1982), Salyan rayon sakini Mehdiyev Aqil Səlamət oğlu (06.10.1985), Bakı sakini Rəhimov Əli Şahbala oğlu (05.03.1992), Tərtər rayon sakini Camalov Rəşad Şamil oğlu (14.09.1990), Lənkəran rayonu, Cəgiran kəndi sakini Şıxəliyev Elsevən Akif oğlu (05.07.1991), Sumqayıt şəhər sakini Quliyev İlqar Humay oğlu (27.06.1980), Cəlilabad şəhər sakini Sadıqov Əfqan Hətəmxan oğlu (06.12.1976), Sumqayıt şəhər sakini Əliyev Rüfət Yaqub oğludur. (31.05.1986)

Bu cür çağırışlar edən Balakən şəhər sakini Şirinov İlknur Adil oğlu (18.07.1991) 25 gün,
Bərdə rayonu, Qəhrəmanlı kənd sakini Kərimov Sədi Hüseyn oğlu (17.02.1983) 20 gün,
Xırdalan şəhər sakini Hüseynli Babək Hümbət oğlu (22.08.1992) 10 gün, Neftçala şəhər sakini Həşimov Afiq Mirzəxan oğlu (10.02.1981) 10 gün müddətinə azadlıqdan məhrum ediliblər.

Salyan rayonu Yenikənd kənd sakini Səfərsoy Rza Əli oğlu (06.05.1976), Bakı sakini Qasımov Səbuhi Hafiz oğlu (26.06.1996) barəsində isə cinayət işi qaldırılıb, axtarış aparılır.

Ağsu rayonu Hacıqədirli kənd sakini Balayev Mahir Adəm oğlu (18.03.1981) qanunsuz çağırış etdikdən bir gün sonra törətdiyi başqa bir cinayət əməlinə görə artıq həbsdədir.

Eyni zamanda Ağdam rayonu Kəngərli kənd sakini Həsənov Bəhrəm Hüseyn oğlu (17.09.1987) vəBərdə rayonu, Otuzikilər kən sakini Rəhimov Orxan Oruc oğlu (07.03.1993) inzibati qaydada cərimə olunub. Qəbələ rayonu Mıxlıqovaq kənd sakini Bayramlı Səməd Elmin oğluna (14.07.1998) isə xəbərdarlıq edilib.
banner

Oxşar Xəbərlər