AZE | RUS | ENG |


Sosial şəbəkələrdə fəal istifadəçilərin sayı 3 milyardı ötüb

Sosial şəbəkələrdə fəal istifadəçilərin sayı 3 milyardı ötüb
Hər gün sosial şəbəkələrdə fəal istifadəçilərin sayı bir milyon artır.

AZƏRTAC ICTnews-a istinadla xəbər verir ki, "The Next Web” nəşrində dərc edilmiş "We Are Social” və "Hootsuite” platformalarının son hesabatına əsasən, sosial şəbəkələrdə fəal istifadəçilərin sayı 3 milyardı ötüb.

macdigger.ru saytında isə qeyd olunur ki, hazırda dünyada ən böyük sosial şəbəkə "Facebook”dur. Bu sosial şəbəkənin auditoriyası 2 milyard fəal istifadəçidən ibarətdir. Onların 87 faizi mobil qurğulardan istifadə edir, 59 faizi isə hər gün "Facebook”a daxil olur.

Fəal istifadəçilərinin sayı 1,5 milyard təşkil edən "YouTube” video platforması bu göstərici üzrə ikinci yerdə qərarlaşıb. Aktiv istifadəçilərinin sayına görə növbəti yerləri "WhatsApp”, "Facebook Messenger” və "WeChat” messencerləri tutublar.

"Telegram” messencerinin auditoriyası 100 milyon fəal istifadəçidən ibarətdir və bu göstərici üzrə "VKontakte” sosial şəbəkəsini geridə qoyur.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0041
GEL 1 Gürcü larisi 0.6699
GBP 1 İngilis funt sterlinqi 2.3661
TRY 1 Türk lirəsi 0.4512
KWD 1 Küveyt dinarı 5.6551
SEK 1 İsveç kronu 0.2123
EUR 1 Avro 2.0849
CHF 1 İsveçrə frankı 1.7768
USD 1 ABŞ dolları 1.7001