Sosial şəbəkələrdə ermənilərlə döyüşənlər - Fotolar
İnternet əsrinin yeni trendlərindən bir məhz sosial şəbəkələrdir.
Sosial şəbəkələrin yaranması və kütləviləşməsi ilə informasiya mübadiləsi və
müharibəsi yeni müstəviyə qədəm qoydu.
Hər bir sosial şəbəkə istifadəçisi öz ölkəsinin maraqlarını müdafiə edir, öz
mədəniyyətini təbliğ etməyə çalışır. Bəzən isə biz bunun əksini müşahidə edirik.
Azərbaycanın sosial şəbəkə fəalları, xüsusən də media mənsubları təkcə məişət mövzularında deyil, siyasi
mövzularda da fəallıq nümayiş etdirirlər. Onlar sosial şəbəkələrdə müxtəlif
xarici dillərdə Azərbaycan əleyhinə paylaşılan statuslara şərhlər yazaraq, ölkə
həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasına çalışırlar.
Xüsusilə də bədnam qonşularımızın erməni diasporunun nəzarətində olan saytlarda
yaydıqları yalan və böhtanlara dərhal reaksiya verir, işğalçıların iç üzünü
açırlar. Misal üçün, Ermənistanın təşkilatçılığı ilə Kolumbiya Universitetində
keçiriləcək beynəlxalq konfransla bağlı paylaşıma azərbaycanlı sosial şəbəkə
istifadəçisi "Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nurlan Qələndərli dərhal
reaksiya verib. O, Ermənistanın müstəqil dövlət olmadığını, bu ölkənin müxtəlif
dövlətlər və siyasi dairələrdən asılı olduğunu vurğulayıb. Qeyd edib ki,
Ermənistanın əsas siyasəti işğaldır və bu işğalçı ölkə Azərbaycan torpaqlarını
işğal edib. AZƏRTAC-n əməkdaşı Vəfa G-va adlı başqa bir jurnalist isə
Ermənistanın yeni baş naziri Paşinyanın müəyyən dairələrin maliyyə dəstəyi ilə
hakimiyyətə gəldiyini yazıb. Bildirib ki, Ermənistandan fərqli olaraq
Azərbaycanda şəffaf və azad seçkilər keçirilib, demokratik pozuntular qeydə
alınmayıb və xalq öz prezidentini demokratik yolla seçib. O, Azərbaycan
Prezidenti İlham Əliyevə dünyanın hər yerindən təbrik məktubları gəldiyini,
bununla da beynəlxalq aləmdə Azərbaycanda keçirilən seçkilərin şəffaflığına
şübhə edilmədiyini xatırladıb.
Bundan başqa, "Facebook”da ermənilərə məxsus "ANCA” səhifəsində
Azərbaycanda aprelin 11-də keçirilən prezident seçkiləri ilə bağlı
qeyri-obyektiv, ictimai rəyi çaşdırmağa hesablanmış status paylaşılıb. ABŞ
prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı
məktubdan sitat gətirən ermənilər, guya bu məktubda yeni prezidentin Amerika
dövlət başçısı tərəfindən təbrik edilmədiyini sübut etməyə çalışıblar. Halbuki,
aprelin 27-də göndərilən həmin məktubda Donald Tramp azərbaycanlı həmkarına
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə”
deyərək müraciət edir, "Amerika və Azərbaycan xalqları üçün qarşılıqlı maraq
doğuran bir çox sahələrdə onunla birgə işləmək əzmində” olduğunu diqqətə
çatdırır. Eyni zamanda ABŞ prezidenti
dövlət başçısı İlham Əliyevlə birlikdə terrorçuluğun məğlub edilməsində, yeni
iş yerlərinin yaradılmasında və Avropanın enerji təhlükəsizliyinin
yaxşılaşdırılmasında tərəqqi əldə edə biləcəklərini diqqətə çatdırıb.
Vurğulayıb ki, korrupsiyaya qarşı mübarizədə və Dağlıq Qarabağ münaqişəsinin
sülh yolu ilə həllində irəliləyiş də bu səylərə töhfə verəcək. Məktubun sonunda
D.Tramp səmimiyyətlə Prezident İ.Əliyevə və Azərbaycan xalqına ən xoş
arzularını çatdırıb. Bu məktubun mətnindən də göründüyü kimi Amerika dövlət
başçısı Azərbaycan Prezidentinin, xalqımızın ünvanına hər hansı qeyri-etik,
təhqir sayılacaq ifadə işlətməyib. Amma erməni dezinformasiya maşını bu
məktubun mətnini təhrif edərək, beynəlxalq aləmdə özlərinə uyğun şəkildə rəy
formalaşdırmaq istəyiblər.
Bu cəhdin qarşısı da azərbaycanlı sosial şəbəkə istifadəçiləri
tərəfindən alınıb. Vəfa G-va "ANCA”nın
həmin paylaşımına rəy yazaraq, belə dezinformasiyalarla ermənilərin özlərini
gülünc və yazıq vəziyyətə saldığını xatırladıb. Bildirib ki, D.Tramp Prezident
seçilməsi münasibətilə İlham Əliyevə təbrik məktubu göndərib. Eyni zamanda
Ermənistandakı seçkilərdə pozuntu, saxtakarlıq və toqquşmaların olduğunu, bunun
da beynəlxalq aləm tərəfindən müşahidə edildiyini qeyd edib. Belə olan halda
onların demokratiyadan danışmasını absurd hesab edib.
Fakt qarşısında qalan ermənilər cavab vermək üçün tutarlı arqument
tapmadıqlarından azərbaycanlı sosial şəbəkə istifadəçilərinə səslənərək "ANCA”
səhifəsindən çıxmalarını, orada paylaşılan postları təhlil etməməyi tələb
ediblər. Misal üçün, Nev Nevi adlı erməni, "Siz niyə bu səhifədəsiniz? Postları
təhlil etməyi qurtarın və gedin işinizlə məşğul olun”, - yazıb. Başqa bir
erməni John Tashjian, "Bunlar Azəri rejimi tərəfindən pul ödənilən trollardır”,
- yazaraq, azərbaycanlıların gətirdiyi arqumentləri şübhə altına salmaq
istəyib. Vefa G-va isə bunlara cavab olaraq bildirib ki, "Nə vaxt siz
Azərbaycanı təhlil etməyi dayandıracaqsınız, o zaman biz də sizin postları
təhlil etməyi dayandıracağıq”, - yazıb. Əlavə edib ki, onlar trol deyil, öz
ölkəsini və onun rəhbərliyini sevən azərbaycanlılardırlar. Vefa G-va ermənilərə
səslənərək yalan danışmağı dayandırmağı tələb edib. Yazıb ki, ermənilər Amerika
Prezidentinin Azərbaycan dövlət başçısına ünvanladığı təbrik məktubunu təhlil
etməkdənsə, hazırda Ermənistanda olan problemləri və onların həlli yollarını
təhlil etsinlər. Ardınca qeyd edib ki, Azərbaycan dünya ölkələri üçün nümunədir
və Azərbaycan Avropanın Cənubi Qafqazda yeganə etibarlı strateji tərəfdaşıdır.
Vefa G-va bu bəyanatın görkəmli şəxslər, rəsmi dairələr tərəfindən dəfələrlə
səsləndirildiyini diqqətə çatdırıb. Ermənilərə səslənərək buna qısqanclıqla
yanaşmamağı, öz ölkələri və hökumətləri ilə məşğul olmağı, Azərbaycan haqqında
düşünməməyi, Ermənistandakı xaosdan qurtulmağın yollarını aramağı tövsiyə edib.
Yazılanlardan qıcıqlanan erməni Sharis Aghoorian İslam sözünün hər hansı
kontekstdə demokratiya ilə birlikdə səslənə bilmədiyini, Azərbaycanın dünya ölkələri
üçün model olmadığını yazıb, ironik suallar ünvanlayıb. Susanna Toneryan adlı
erməni gözəlçə də ona qahmar çıxaraq, guya Ermənistanda dinc inqilab baş
verdiyini, sonda demokratiyanın qalib gəldiyini yazıb. Vefa G-va Sharis
Aghoorianın və onun dəstəkçisinin hər zamankı kimi öz erməni təbiətlərini
göstərdiklərini qeyd etməklə onları yerində oturdub. Azərbaycan xalqının öz
hökuməti və liderindən məmnun olduğunu xatırladan Vefa G-va ermənilərə
səslənərək burunlarını Azərbaycanın işlərinə soxmamağa çağırıb. Yazıb ki,
Ermənistanın öz problemləri yetərincədir.
"ANCA”nın başqa bir paylaşımında Azərbaycanın 1969-cu ildən guya bir
ailə tərəfindən idarə edildiyi ictimailəşdirilib. Buna cavab olaraq "İki Sahil”
qəzetinin əməkdaşı Leyla Sheikhaliyeva qorxaq ermənilərin yenə də heç bir
həqiqətə əsaslanmadan Azərbaycan haqqında danışdıqlarını, ölkəmiz barədə yalnız
boşboğazlıq etdiklərini xatırladıb. Eyni zamanda vurğulayıb ki, məşhur porno
ulduz Kim Kardaşyan Ermənistandan daha yaşlı və daha populyardır. O, Ermənistanın
heç zaman ölkə olmadığını, saxta bir xalqdan ibarət olduğunu qeyd edib. Görünür
Leylanın bu şərhi ermənilərin möhkəm hidətləndirib. ANCA səhifəsi Leylanın
şərhini yeni status kimi paylaşıb. Bundan sonra George Hartunian, Serj
Bedrossian küçə söyüşləri ilə xanımların üstünə əsl hücuma keçiblər. Adətən
arqumentlərin qurtardığı yerdə söyüş başlandığını yaxşı dərk edən azərbaycanlı
sosial şəbəkə istifadəçiləri onları fakt qarşısında qoymaqla daha da özlərindən
çıxarıblar. Zeyn Abdullah adlı azərbaycanlı ermənilərin Azərbaycan və
Türkiyəyə, həmçinin hər iki ölkənin əldə etdiyi uğurlara qısqanclıqla
yanaşdığını qeyd edib. Bildirib ki, Azərbaycan böyük və güclü lider İlham
Əliyev tərəfindən idarə edilir, ümummilli lider Heydər Əliyevin Azərbaycanı dünyada məşhur edən siyasəti
davam etdirilir. Ermənistanın isə küçə etirazçıları tərəfindən idarə
edildiyini, günü-gündən geriləyərək dağıldığını, tənəzzül etdiyini yazıb. O,
ermənilərə səslənərək birinci öz çatışmazlıqlarını görməyə, yalnız bundan sonra
başqalarında nə isə axtarmağı tövsiyə edib. Vurğulayıb ki, Ermənistan bütün
dünyada işğalçı və terrorist dövlət kimi tanınır. O, dahi rus şairi Puşkinin
söylədiyi, "Sən qorxaqsan, sən köləsən, sən ermənisən”, - fikrini sitat
gətirib. Daha sonra Azərbaycanın tarixi torpaqlarında Ermənistan adlı bir
dövlətin yaradıldığını, ermənilərin Hindistan qaraçıları olduqlarını,
Azərbaycanda məskunlaşdıqdan sonra aborigen əhaliyə qarşı qətliamlar,
soyqırımlar törətdiklərini qeyd edib. Vurğulayıb ki, Azərbaycanın uğurlarını
görmək istəsəniz google.az axtarış sistemində axtarış edib tanış ola bilərlər. "Səs”
qəzetinin əməkdaşı Samirə Cəfərli də erməniləri yerində oturdacaq şərh yazıb. Vefa
G-va adlı istifadəçi Azərbaycan xalqına və tarixinə dil uzadan Armina
Saribekyan və Hasmig Babahekaina cavab olaraq qeyd edib ki, əgər sən öz
"hörmətli” xalqın haqqında həqiqəti bilmək istəyirsənsə, Puşkini, Mayakovskini
və daha neçə-neçə məşhurların ermənilər barədə təsvirlərini oxusun.
Adrian Kromelian, Gnun Martirosyan, Gegham Mosinyan və başqa ermənilərinin
Azərbaycan tarixi barədə sərsəmləmələrinə tutarlı faktlarla cavab verən Nurlan
Qələndərli ermənilərin terrorçu və işğalçı olduğunu qeyd edib. Bildirib ki,
Ermənistan Azərbaycanın 20 faiz torpağını işğal edib və 1993-cü ildə BMT
Təhlükəsizlik Şurası bununla bağlı 822, 853, 874, 884 saylı qətnamələr qəbul
edib. Həmin qətnamələrdə işğalçılar pislənib, Azərbaycanın suverenliyi və ərazi
bütövlüyü dəstəklənib, Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri bir
daha təsdiqlənib. Nurlan vurğulayıb ki, işğal nəticəsində 1 milyondan artıq
azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib və bütün bu faktlar tarixi
reallıqdır. Bildirib ki, Ermənistan sərhəd ərazilərdə sabotaj yaratmağa
çalışır, sivil vətəndaşları hədəfə alır. 2016-cı ilin aprel hadisələrindən
sonra Ermənistan silahlı birləşmələrinin azərbaycanlılar yaşayan kəndləri top
və raket atəşinə tutması, 6 sivil vətəndaşın həlak olması buna əyani sübutdur.
Son olaraq vurğulanıb ki, Azərbaycan və Ermənistan arasında fərqlərdən biri
Azərbaycanın konstitusional və demokratik dövlət olmasıdır. Bu ölkədə qanunun
aliliyi təmin edilib. Konstitusiya normalarına uyğun olaraq, müstəqil
qanunvericilik, icra və ədliyyə strukturu təmin edilib. Lakin Ermənistan
qeyri-demokratik, işğalçı bir dövlətdir.
Azərbaycanlı sosial şəbəkə fəalları ermenihaber.com, The Armeniian
Weekly, AGBU və digər səhifələrdə də buna oxşar yazışmalarla fəallıq
göstərməkdədirlər. Biz onların arasından yalnız bir neçəsini seçib oxuculara
təqdim etdik. Bütün bu yazışmalar bir daha onu göstərir ki, müxtəlif
bəhanələrlə Azərbaycanı tərk edib xaricə sığınan, ordan ölkəmiz əleyhinə sosial
şəbəkələrdə qarayaxma kampaniyası aparan bəzi "azərbaycanlılardan” fərqli
olaraq, əsl vətənpərvər Azərbaycan gəncliyi və mediası sosial şəbəkələrdə
ölkəmizin maraqlarını qoruyur, ermənilərə qarşı müqavimət göstərirlər. Bununla
onlar Azərbaycan xalqının, onun dövlətçiliyinin, milli maraqlarının keşiyində
ideoloji cəbhənin əsgərləri kimi mübarizə aparır, Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılması üçün vətəndaşlıq yanğısı nümayiş etdirirlər. Deməli sosial
şəbəkələrdən bu cür də istifadə etmək olar. Necə deyərlər bıçaq qatilin əlində
olanda can alır amma həkimin əlində həyat qurtaran vasitəyə çevrilir.
Alpər TURAN