AZE | RUS | ENG |

Sosial şəbəkələrdə ermənilərlə döyüşənlər - Fotolar

Sosial şəbəkələrdə ermənilərlə döyüşənlər - Fotolar
Vətənpərvər istifadəçilər bu imkandan doğulduqları ölkəni qaralamaq üçün deyil, erməni yalanlarının ifşası üçün istifadə edirlər

İnternet əsrinin yeni trendlərindən bir məhz sosial şəbəkələrdir. Sosial şəbəkələrin yaranması və kütləviləşməsi ilə informasiya mübadiləsi və müharibəsi  yeni müstəviyə qədəm qoydu. Hər bir sosial şəbəkə istifadəçisi öz ölkəsinin maraqlarını müdafiə edir, öz mədəniyyətini təbliğ etməyə çalışır. Bəzən isə biz bunun əksini müşahidə edirik.
 
Azərbaycanın sosial şəbəkə fəalları, xüsusən də media mənsubları  təkcə məişət mövzularında deyil, siyasi mövzularda da fəallıq nümayiş etdirirlər. Onlar sosial şəbəkələrdə müxtəlif xarici dillərdə Azərbaycan əleyhinə paylaşılan statuslara şərhlər yazaraq, ölkə həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasına çalışırlar. Xüsusilə də bədnam qonşularımızın erməni diasporunun nəzarətində olan saytlarda yaydıqları yalan və böhtanlara dərhal reaksiya verir, işğalçıların iç üzünü açırlar. Misal üçün, Ermənistanın təşkilatçılığı ilə Kolumbiya Universitetində keçiriləcək beynəlxalq konfransla bağlı paylaşıma azərbaycanlı sosial şəbəkə istifadəçisi "Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nurlan Qələndərli dərhal reaksiya verib. O, Ermənistanın müstəqil dövlət olmadığını, bu ölkənin müxtəlif dövlətlər və siyasi dairələrdən asılı olduğunu vurğulayıb. Qeyd edib ki, Ermənistanın əsas siyasəti işğaldır və bu işğalçı ölkə Azərbaycan torpaqlarını işğal edib. AZƏRTAC-n əməkdaşı Vəfa G-va adlı başqa bir jurnalist isə Ermənistanın yeni baş naziri Paşinyanın müəyyən dairələrin maliyyə dəstəyi ilə hakimiyyətə gəldiyini yazıb. Bildirib ki, Ermənistandan fərqli olaraq Azərbaycanda şəffaf və azad seçkilər keçirilib, demokratik pozuntular qeydə alınmayıb və xalq öz prezidentini demokratik yolla seçib. O, Azərbaycan Prezidenti İlham Əliyevə dünyanın hər yerindən təbrik məktubları gəldiyini, bununla da beynəlxalq aləmdə Azərbaycanda keçirilən seçkilərin şəffaflığına şübhə edilmədiyini xatırladıb.
 
 
 
Bundan başqa, "Facebook”da ermənilərə məxsus "ANCA” səhifəsində Azərbaycanda aprelin 11-də keçirilən prezident seçkiləri ilə bağlı qeyri-obyektiv, ictimai rəyi çaşdırmağa hesablanmış status paylaşılıb. ABŞ prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubdan sitat gətirən ermənilər, guya bu məktubda yeni prezidentin Amerika dövlət başçısı tərəfindən təbrik edilmədiyini sübut etməyə çalışıblar. Halbuki, aprelin 27-də göndərilən həmin məktubda Donald Tramp azərbaycanlı həmkarına "Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə” deyərək müraciət edir, "Amerika və Azərbaycan xalqları üçün qarşılıqlı maraq doğuran bir çox sahələrdə onunla birgə işləmək əzmində” olduğunu diqqətə çatdırır.  Eyni zamanda ABŞ prezidenti dövlət başçısı İlham Əliyevlə birlikdə terrorçuluğun məğlub edilməsində, yeni iş yerlərinin yaradılmasında və Avropanın enerji təhlükəsizliyinin yaxşılaşdırılmasında tərəqqi əldə edə biləcəklərini diqqətə çatdırıb. Vurğulayıb ki, korrupsiyaya qarşı mübarizədə və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində irəliləyiş də bu səylərə töhfə verəcək. Məktubun sonunda D.Tramp səmimiyyətlə Prezident İ.Əliyevə və Azərbaycan xalqına ən xoş arzularını çatdırıb. Bu məktubun mətnindən də göründüyü kimi Amerika dövlət başçısı Azərbaycan Prezidentinin, xalqımızın ünvanına hər hansı qeyri-etik, təhqir sayılacaq ifadə işlətməyib. Amma erməni dezinformasiya maşını bu məktubun mətnini təhrif edərək, beynəlxalq aləmdə özlərinə uyğun şəkildə rəy formalaşdırmaq istəyiblər.
 
 
 
Bu cəhdin qarşısı da azərbaycanlı sosial şəbəkə istifadəçiləri tərəfindən alınıb. Vəfa G-va  "ANCA”nın həmin paylaşımına rəy yazaraq, belə dezinformasiyalarla ermənilərin özlərini gülünc və yazıq vəziyyətə saldığını xatırladıb. Bildirib ki, D.Tramp Prezident seçilməsi münasibətilə İlham Əliyevə təbrik məktubu göndərib. Eyni zamanda Ermənistandakı seçkilərdə pozuntu, saxtakarlıq və toqquşmaların olduğunu, bunun da beynəlxalq aləm tərəfindən müşahidə edildiyini qeyd edib. Belə olan halda onların demokratiyadan danışmasını absurd hesab edib.
 
 
 
Fakt qarşısında qalan ermənilər cavab vermək üçün tutarlı arqument tapmadıqlarından azərbaycanlı sosial şəbəkə istifadəçilərinə səslənərək "ANCA” səhifəsindən çıxmalarını, orada paylaşılan postları təhlil etməməyi tələb ediblər. Misal üçün, Nev Nevi adlı erməni, "Siz niyə bu səhifədəsiniz? Postları təhlil etməyi qurtarın və gedin işinizlə məşğul olun”, - yazıb. Başqa bir erməni John Tashjian, "Bunlar Azəri rejimi tərəfindən pul ödənilən trollardır”, - yazaraq, azərbaycanlıların gətirdiyi arqumentləri şübhə altına salmaq istəyib. Vefa G-va isə bunlara cavab olaraq bildirib ki, "Nə vaxt siz Azərbaycanı təhlil etməyi dayandıracaqsınız, o zaman biz də sizin postları təhlil etməyi dayandıracağıq”, - yazıb. Əlavə edib ki, onlar trol deyil, öz ölkəsini və onun rəhbərliyini sevən azərbaycanlılardırlar. Vefa G-va ermənilərə səslənərək yalan danışmağı dayandırmağı tələb edib. Yazıb ki, ermənilər Amerika Prezidentinin Azərbaycan dövlət başçısına ünvanladığı təbrik məktubunu təhlil etməkdənsə, hazırda Ermənistanda olan problemləri və onların həlli yollarını təhlil etsinlər. Ardınca qeyd edib ki, Azərbaycan dünya ölkələri üçün nümunədir və Azərbaycan Avropanın Cənubi Qafqazda yeganə etibarlı strateji tərəfdaşıdır. Vefa G-va bu bəyanatın görkəmli şəxslər, rəsmi dairələr tərəfindən dəfələrlə səsləndirildiyini diqqətə çatdırıb. Ermənilərə səslənərək buna qısqanclıqla yanaşmamağı, öz ölkələri və hökumətləri ilə məşğul olmağı, Azərbaycan haqqında düşünməməyi, Ermənistandakı xaosdan qurtulmağın yollarını aramağı tövsiyə edib. Yazılanlardan qıcıqlanan erməni Sharis Aghoorian İslam sözünün hər hansı kontekstdə demokratiya ilə birlikdə səslənə bilmədiyini, Azərbaycanın dünya ölkələri üçün model olmadığını yazıb, ironik suallar ünvanlayıb. Susanna Toneryan adlı erməni gözəlçə də ona qahmar çıxaraq, guya Ermənistanda dinc inqilab baş verdiyini, sonda demokratiyanın qalib gəldiyini yazıb. Vefa G-va Sharis Aghoorianın və onun dəstəkçisinin hər zamankı kimi öz erməni təbiətlərini göstərdiklərini qeyd etməklə onları yerində oturdub. Azərbaycan xalqının öz hökuməti və liderindən məmnun olduğunu xatırladan Vefa G-va ermənilərə səslənərək burunlarını Azərbaycanın işlərinə soxmamağa çağırıb. Yazıb ki, Ermənistanın öz problemləri yetərincədir.
 
 
 
"ANCA”nın başqa bir paylaşımında Azərbaycanın 1969-cu ildən guya bir ailə tərəfindən idarə edildiyi ictimailəşdirilib. Buna cavab olaraq "İki Sahil” qəzetinin əməkdaşı Leyla Sheikhaliyeva qorxaq ermənilərin yenə də heç bir həqiqətə əsaslanmadan Azərbaycan haqqında danışdıqlarını, ölkəmiz barədə yalnız boşboğazlıq etdiklərini xatırladıb. Eyni zamanda vurğulayıb ki, məşhur porno ulduz Kim Kardaşyan Ermənistandan daha yaşlı və daha populyardır. O, Ermənistanın heç zaman ölkə olmadığını, saxta bir xalqdan ibarət olduğunu qeyd edib. Görünür Leylanın bu şərhi ermənilərin möhkəm hidətləndirib. ANCA səhifəsi Leylanın şərhini yeni status kimi paylaşıb. Bundan sonra George Hartunian, Serj Bedrossian küçə söyüşləri ilə xanımların üstünə əsl hücuma keçiblər. Adətən arqumentlərin qurtardığı yerdə söyüş başlandığını yaxşı dərk edən azərbaycanlı sosial şəbəkə istifadəçiləri onları fakt qarşısında qoymaqla daha da özlərindən çıxarıblar. Zeyn Abdullah adlı azərbaycanlı ermənilərin Azərbaycan və Türkiyəyə, həmçinin hər iki ölkənin əldə etdiyi uğurlara qısqanclıqla yanaşdığını qeyd edib. Bildirib ki, Azərbaycan böyük və güclü lider İlham Əliyev tərəfindən idarə edilir, ümummilli lider Heydər Əliyevin  Azərbaycanı dünyada məşhur edən siyasəti davam etdirilir. Ermənistanın isə küçə etirazçıları tərəfindən idarə edildiyini, günü-gündən geriləyərək dağıldığını, tənəzzül etdiyini yazıb. O, ermənilərə səslənərək birinci öz çatışmazlıqlarını görməyə, yalnız bundan sonra başqalarında nə isə axtarmağı tövsiyə edib. Vurğulayıb ki, Ermənistan bütün dünyada işğalçı və terrorist dövlət kimi tanınır. O, dahi rus şairi Puşkinin söylədiyi, "Sən qorxaqsan, sən köləsən, sən ermənisən”, - fikrini sitat gətirib. Daha sonra Azərbaycanın tarixi torpaqlarında Ermənistan adlı bir dövlətin yaradıldığını, ermənilərin Hindistan qaraçıları olduqlarını, Azərbaycanda məskunlaşdıqdan sonra aborigen əhaliyə qarşı qətliamlar, soyqırımlar törətdiklərini qeyd edib. Vurğulayıb ki, Azərbaycanın uğurlarını görmək istəsəniz google.az axtarış sistemində axtarış edib tanış ola bilərlər. "Səs” qəzetinin əməkdaşı Samirə Cəfərli də erməniləri yerində oturdacaq şərh yazıb. Vefa G-va adlı istifadəçi Azərbaycan xalqına və tarixinə dil uzadan Armina Saribekyan və Hasmig Babahekaina cavab olaraq qeyd edib ki, əgər sən öz "hörmətli” xalqın haqqında həqiqəti bilmək istəyirsənsə, Puşkini, Mayakovskini və daha neçə-neçə məşhurların ermənilər barədə təsvirlərini oxusun.
 
 
 
Adrian Kromelian, Gnun Martirosyan, Gegham Mosinyan və başqa ermənilərinin Azərbaycan tarixi barədə sərsəmləmələrinə tutarlı faktlarla cavab verən Nurlan Qələndərli ermənilərin terrorçu və işğalçı olduğunu qeyd edib. Bildirib ki, Ermənistan Azərbaycanın 20 faiz torpağını işğal edib və 1993-cü ildə BMT Təhlükəsizlik Şurası bununla bağlı 822, 853, 874, 884 saylı qətnamələr qəbul edib. Həmin qətnamələrdə işğalçılar pislənib, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü dəstəklənib, Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri bir daha təsdiqlənib. Nurlan vurğulayıb ki, işğal nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib və bütün bu faktlar tarixi reallıqdır. Bildirib ki, Ermənistan sərhəd ərazilərdə sabotaj yaratmağa çalışır, sivil vətəndaşları hədəfə alır. 2016-cı ilin aprel hadisələrindən sonra Ermənistan silahlı birləşmələrinin azərbaycanlılar yaşayan kəndləri top və raket atəşinə tutması, 6 sivil vətəndaşın həlak olması buna əyani sübutdur. Son olaraq vurğulanıb ki, Azərbaycan və Ermənistan arasında fərqlərdən biri Azərbaycanın konstitusional və demokratik dövlət olmasıdır. Bu ölkədə qanunun aliliyi təmin edilib. Konstitusiya normalarına uyğun olaraq, müstəqil qanunvericilik, icra və ədliyyə strukturu təmin edilib. Lakin Ermənistan qeyri-demokratik, işğalçı bir dövlətdir.
 


Azərbaycanlı sosial şəbəkə fəalları ermenihaber.com, The Armeniian Weekly, AGBU və digər səhifələrdə də buna oxşar yazışmalarla fəallıq göstərməkdədirlər. Biz onların arasından yalnız bir neçəsini seçib oxuculara təqdim etdik. Bütün bu yazışmalar bir daha onu göstərir ki, müxtəlif bəhanələrlə Azərbaycanı tərk edib xaricə sığınan, ordan ölkəmiz əleyhinə sosial şəbəkələrdə qarayaxma kampaniyası aparan bəzi "azərbaycanlılardan” fərqli olaraq, əsl vətənpərvər Azərbaycan gəncliyi və mediası sosial şəbəkələrdə ölkəmizin maraqlarını qoruyur, ermənilərə qarşı müqavimət göstərirlər. Bununla onlar Azərbaycan xalqının, onun dövlətçiliyinin, milli maraqlarının keşiyində ideoloji cəbhənin əsgərləri kimi mübarizə aparır, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün vətəndaşlıq yanğısı nümayiş etdirirlər. Deməli sosial şəbəkələrdən bu cür də istifadə etmək olar. Necə deyərlər bıçaq qatilin əlində olanda can alır amma həkimin əlində həyat qurtaran vasitəyə çevrilir.
 
Alpər TURAN
 



Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9314
GEL 1 1 Gürcüstan larisi 0.6377
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1474
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1875
CHF 1 1 İsveçrə frankı 1.7103
KWD 1 1 Küveyt dinarı 5.5887
TRY 1 1 Türkiyə lirəsi 0.3176