• cümə, 19 Aprel, 19:37
  • Baku Bakı 24°C

Sosial şəbəkələr və dezinformasiya mövzusunda tədbir keçirilib

09.10.18 17:47 618
Sosial şəbəkələr və dezinformasiya mövzusunda tədbir keçirilib
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində "Müasir İnformasiya Cəmiyyəti və İnnovasiyalar” İctimai Birliyinin "İdarəolunan dezinformasiya siyasətinin qarşısının alınması və sosial şəbəkələrdə milli maraqların qorunmasına dəstək” layihəsi çərçivəsində tədbiri keçirilib.AzNews.az xəbər verir ki, "Azadinform” informasiya agentliyinin baş redaktoru Niyaz Niftiyev sosial şəbəkələrin müasir cəmiyyətdə tutduğu yer haqqında danışıb.
O qeyd edib ki, layihə çərçivəsindəki görüşlər bundan əvvəl də Biləsuvar, Salyan və Cəlilabadda da keçirilib.
Sosial şəbəkələrindəki informasiya bumunun mənfi tərəfləri, keyfiyyətin istənilən dərəcədə olmaması, uşaqların sosial şəbəkələrdən istifadəsinin təsirləri, sosial şəbəkələrdə özünənəzarət kimi məsələlərdən bəhs olunub.
Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə sosial şəbəkələrin cəmiyyətdə artan rolu haqqında söz açıb.
O bildirib ki, çap mediasının aparıcı olduğu vaxtlarda jurnalistlər oxucularla operativ ünsiyyət qura bilmirdilər, lakin bu gün sosial şəbəkələr, internetin gətirdiyi imkanlar vasitəsilə interaktiv əlaqə yaradılır.
Sosial şəbəkələrdə hər kəsin informasiya yaymasının yaratdığı problemlərdən də söz açn S. Verdizadə 2016-cı ildəki "Aprel döyüşləri” vaxtı həddən çox dezinformasiyanın yayılmasına da diqqət çəkib. Ona görə də sosial şəbəkələrdə informasiya yayılan zaman buna diqqət edilməsi gərəkdiyi vurğulanıb.
S.Verdizadə görüş nəticəsindəki təkliflərin gözdən keçiriləcəyi və aidiyyatı qurumlara təqdim olunacağını da qeyd edib.
AzNews.az

banner

Oxşar Xəbərlər