Sosial problemlərin həllində ictimai nəzarətin gücü
9
oktyabrda prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci
ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran
vəzifələrə həsr olunan iclası keçirilib. İclası giriş nitqi ilə açan prezident
bildirib ki, hazırda ölkəmizin malik olduğu sabitliyin, uğurlu inkişafın
təməlində düşünülmüş siyasət, eyni zamanda, xalq tərəfindən həmin siyasətə
göstərilən dəstək dayanır.
Daha sonra bəzi sosial problemlərin işıqlandırılmasında vətəndaşların rolunun böyük olduğunu qeyd edən dövlət başçısı bildirib ki, bu və ya digər məsələlərə ictimai nəzarət güclü olmalıdır: "Bakı dünyanın ən gözəl şəhərlərindən biridir və kiminsə tamahı naminə biz şəhərimizi eybəcər hala sala bilmərik. Şəhərsalma qaydaları var, mərtəbələrin yerə görə hündürlüyü var. Hava axınının müvafiq qaydaları var. Bizdə isə bu, pozulurdu. Elə bil ki, böyük bir sədd tikirdilər. Havanın keçməsi üçün heç bir imkan qalmırdı, həyətlərdə ağacları qırıb binalar tikirdilər. Yerli orqanlar buna həm göz yumurdular, həm də yəqin ki, əlbir idilər. İndi buna son qoyulub. Mən bunu bildirmək istəyirəm. Vətəndaşlara da mən müraciət etmək istəyirəm, ilk növbədə, təşəkkürümü bildirmək istəyirəm. Çünki bir çox hallarda vətəndaşların fəallığı nəticəsində o tamahkar adamlar istədiklərinə nail ola bilməmişlər. Çünki vətəndaşlar dururdular, keşik çəkirdilər, qoymurdular, xəbər verirdilər və onların fəallığını mən alqışlayıram. Dəfələrlə demişəm ki, ictimai nəzarət güclü olmalıdır, artıq biz bunu görürük. Ona görə, bir daha vətəndaşlara müraciət edirəm. Əgər haradasa görsələr ki qanunsuz nə isə tikilir, dərhal məlumat versinlər, ilk növbədə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Bakı Şəhər İcra Hakimiyyətinə və Prezident Administrasiyasına. Bu sahədə də qayda-qanun yaradılır”.
Hazırda ictimai rəyin nə qədər önəm daşıdığını və ictimai nəzarətdə kimlərin əsas rol oynadığını mütəxəssislərlə müzakirə etdik.
Hüquq müdafiəçisiSahib Məmmədov qeyd
edir ki, sosial problemlərin həllində ictimai rəy böyük rol oynayır: "İctimai
rəyin son dövrlər olduqca effektiv təsirləri olur. Xüsusilə də sosial
şəbəkələrin inkişaf etdiyi zamanda ictimai rəyin həll etdiyi bəzi məsələlər
var. Həmçinin kütləvi informasiya vasitələrində qaldırılan bir çox problemlərə də
hakimiyyət orqanları dərhal reaksiya verir. Amma təəssüf doğuran hallar da
mövcuddur. Məsələn, bəzən ictimai rəyi başqa istiqamətə yönəldənlər olur.
Bunlar bilərəkdən, qəsdən atılan addımlardır. Xüsusilə də yalan informasiyalar
yayaraq ictimai rəyi yanlış istiqamətdə formalaşdırırlar. Bir sıra məqamlarda
başqa bir ölkədə baş vermiş hadisənin fotosunu sosial şəbəkədə yayıb,
insanlarda mənfi fikirlər yaradırlar və ya hər hansısa bir dövlət məmurunun
söylədiklərini təhrif olunmuş şəkildə xalqa çatdıraraq insanlarda qıcıq
yaratmağa çalışırlar. Lakin istənilən halda ictimai rəyin müsbət tərəfi odur
ki, sosial problemlərin həllində böyük rol oynayır. Özəlliklə də ölkə başçısı
son dövrlər demək olar ki, bütün çıxışlarında ictimai nəzarət haqqında fikir
söyləyərək ictimai fikri dəstəklədiyini açıq şəkildə bəyan edir. Bu da o
deməkdir ki, hakimiyyət vətəndaşların istər mənfi, istər müsbət rəylərini
izləyir”.
Qhtxeber.az saytının baş redaktoru
Sənan Nəcəfov bildirir ki, dövlət başçısı üçün
başlıca amil vətəndaşdır: "Prezidentin Nazirlər Kabinetinin toplantısındakı
çıxışı xalqın problemlərinə necə həssaslıqla yanaşıldığının və həlli üçün hansı
addımların atılacağının göstəricisi idi. İlham Əliyevin çıxışı ilə bağlı
analitiklərin, şərhçilərin fikirlərini izlədim və ümumi olaraq qeyd edə bilərəm
ki, prezidentin bütün məsələlərlə bağlı əhatəli və hətta çox detallı çıxışı bir
daha onu sübut edir ki, dövlət başçısı cəmiyyəti narahat edən bütün hadisələri
yaxından izləyir, cəmiyyətin problemlərini bölüşür və məsələlərə son dərəcə
həssaslıqla yanaşır. Yəni, dövlət başçısı üçün başlıca amil - vətəndaş
amilidir. Cənab Prezident çıxışında qanunsuz tikililərlə bağlı mübarizə, qaçqın
və məcburi köçkünlər üçün tikilən mənzillərin bölüşdürülməsi və sosial
müavinətlərin təyinatı məsələlərində də vətəndaş maraqlarının qorunacağını
xüsusi vurğulayıb”.
Baş redaktor deyir ki, ictimai nəzarət məsələsində prezident mediaya böyük önəm verir: "Cənab Prezident jurnalistlərlə görüşündə demişdi ki, bəzi hallarda hansısa xoşagəlməz hadisə ilə bağlı məlumatı mətbuatdan əldə edir. Dövlət başçısı vətəndaş sözünün mötəbərliyinə və o sözü cəmiyyətə çatdıran mediaya necə diqqət göstərdiyini nümayiş etdirir”.
Günel Azadə