AZE | RUS | ENG |

Sosial müavinətlərin elektron təyinatı sistemi yaradılır

Sosial müavinətlərin elektron təyinatı sistemi yaradılır
Pensiya təyinatı üzrə xidmətlərin avtomatlaşdırılmış mexanizmini tətbiq edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial müavinətlərin elektron təyinatı infrastukturunun da qurulması işlərinə başlayıb.

Nazirlikdən verilən məlumata görə, görülən işlər nəticəsində nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemində "Sosial müavinət” altsistemi yaradılır. Beləliklə, pensiya təyinatı kimi, sosial müavinətlərin də təyinatının məmur-vətəndaş təması olmadan, heç bir sənəd və müraciət olunması tələb edilmədən, elektron qaydada həyata keçirilməsi təmin olunacaq.

Ümumilikdə bu sistem aylıq və birdəfəlik sosial müavinət alanlardan ibarət 540 min nəfəri əhatə edəcək.

Qeyd edək ki, əlilliyi olan şəxslər (pensiya hüququ olmayan), sağlamlıq imkanları məhdud uşaqlar, beşdən çox uşağı olan qadınların uşaqları, ailə başçısını itirənlər (pensiya hüququ olmayan), müharibə veteranları, müharibə əlillərinin, şəhid ailələrinin, I və II qrup Çernobıl əlillərinin, müddətli hərbi xidmət qulluqçularının uşaqları və b. aylıq sosial müavinət alırlar.

Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan şəxslər, uşağın doğulmasına görə ailələr və s. birdəfəlik müavinətlə təmin olunurlar.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9143
GEL 1 1 Gürcüstan larisi 0.609
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1553
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1797
CHF 1 1 İsveçrə frankı 1.716
KWD 1 1 Küveyt dinarı 5.598
TRY 1 1 Türkiyə lirəsi 0.294