• şənbə, 20 Aprel, 18:31
  • Baku Bakı 24°C

"Sosial məsafəni qoruyaq, bir-birimizə hörmət edək"

20.07.20 12:30 497
"Sosial məsafəni qoruyaq, bir-birimizə hörmət edək"
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatlarından da bəllidir ki, koronavirusa yoluxma sabitləşib, əvvəlki tendensiya artıq yoxdur. Ötən iki həftə ərzində tətbiq olunmuş sərtləşdirilmiş karantin rejimi müsbət nəticəsini verdiyindən dinamikanın saxlanılması şərtdir. Bu səbəbdən də, sərtləşdirilmiş karantin rejiminin yenidən uzadılması pandemiyanın təsirinin daha da zəiflədilməsinə hesablanıb. Nəzərə alsaq ki, artıq yoluxma ilə sağalma arasında müsbət fərq var, demək tətbiq olunan tədbirlər öz nəticəsini verməkdədir.
BunuAZƏRTAC-a Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, polislərin gücləndirilmiş iş rejiminə keçməsi, qapalı və ictimai məkanlarda polis nəzarətinin gücləndirilməsi ilə sərtləşdirilmiş karantin rejiminin tətbiqi pandemiyanın təsirlərinin azaldılması baxımından nəticənin daha da yaxşılaşmasına öz müsbət töhfəsini verir. Ayın 20-dən sonrakı iki həftə ərzində də sərt qaydalar davam edəcək, çoxsaylı insanların istifadə etdiyi metro xidməti qapalı qalacaq. Eyni zamanda, həftə sonlarında ümumiyyətlə ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq. Digər məhdudiyyətlər də tətbiq ediləcək. Eləcə də ictimai və sosial məsuliyyətin artırılması məqsədilə cərimələrin artırılmasını nəzərdə tutan qanun da qüvvədədir. Beləliklə də, hökumət yoluxmanın sürətini və sayını azaltmaq üçün bu gün üçün məqbul olan məhdudiyyətləri tətbiq edir. Eyni zamanda, sevindirici haldır ki, insanlarımız da əvvəlki dövrdəki laqeydliyi, məsuliyyətsizliyi geridə qoyublar, böyük əksəriyyət maskadan, dezinfeksiyaedici məhlullardan istifadə edir. Hətta, Prezidentin çağırışına uyğun olaraq ictimai qınaq da var. İnsanlar qapalı məkanda maskadan istifadə etməyəni, sosial məsafə saxlamayanı tənbeh edirlər, məcbur edirlər ki, ictimai qaydalara riayət etsinlər. Bəli, biz birlikdə güclü olduğumuz üçün pandemiyaya qarşı mübarizədə də birgə addımlamalıyıq. Bu dövrü səbirlə, təmkinlə keçirməliyik, qayda və qanunlara mütləq riayət etməliyik. Ehtiyac olmadığı təqdirdə evdən çıxmayaq, mağazaya, ictimai məkanlara gedərkən maskadan istifadə edək, sosial məsafəni qoruyaq, bir-birimizə hörmət edək”.
"Vətəndaşlarımız bir həqiqəti bilməlidir ki, nə qədər səbirli olub bu məhdudiyyətlər dövrünü təmkinlə başa vursaq, bir o qədər də karantin şəraitindən tez çıxarıq, bütün məhdudiyyətlər də aradan qalxar”, – deyən Sədaqət Vəliyeva əlavə edib ki, bütün qaydalara riayət etmiş olsaq normal yaşayış tərzimizə yenidən dönmüş olarıq. Nə qədər ki, pandemiya şəraiti və karantin sürəcək, bunun dövlətimizə də, hər bir vətəndaşımıza da zərəri olacaq. Bu səbəbdən də pandemiyaya qarşı birgə və effektiv mübarizə aparmalıyıq ki, qalib olaq”.
banner

Oxşar Xəbərlər