AZE | RUS | ENG |

Sosial işçilər və sosial xidmətçilər üçün təlim proqramı davam edir

Sosial işçilər və sosial xidmətçilər üçün təlim proqramı davam edir
Sosial və Psixoloji Tədqiqatlar Mərkəzi 2012-ci ilin iyun ayından başlayaraq UNICEF və Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriyinin təşkilatçı dəstəyilə “Sosial işçilər və sosial xidmətçilər üçün təlim proqramının hazırlanması və tətbiqi” adlı lahiyəni həyata keçirməyə başlayıb. Lahiyə əsasında sosial işçi və sosial xidmətçilərə sosial işin nəzəriyyəsi, fərdlər və qruplarla sosial iş, sosial işçiyə tələb olunan etik dəyərlər və prinsiplər və başqa mövzularda təlimlər keçilib.
Təlimlərdə sosial iş üzrə mütəxəssislərdən Cavid Şahmalıyevin, Sara Ağayevin və fəlsəfə üzrə fəlsəfə doktoru Radif Mustafayevin muhazirələri dinlənilib. Cari ilin avqust ayında əlilliyi olan insanlara xidmət sahəsində çalışan mütəxəssislərlə Xəzər rayonunun Şağan qəsəbəsində yerləşən müəssisədə reallaşdırılan təlimlərdə SPTM-nin sosial iş üzrə mütəxəssislərindən Günel Aslanovanın, Rəşad Hüseynovun və Cavid Şahmalıyevin mühazirələri dinlənilib.
Sentyabr ayından başlayaraq Sosial və Psixoloji Tədqiqatlar Mərkəzi Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriyində təlimləri davam etdirir. ƏƏSMN-nin iyun-iyul aylarında təşkil etdiyi təlimlərin dinləyicilərinin iştirak etdiyi muhazirələr dekabr ayının sonuna qədər davam edəcək.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0039
GEL 1 Gürcü larisi 0.6952
GBP 1 İngilis funt sterlinqi 2.2343
TRY 1 Türk lirəsi 0.3567
KWD 1 Küveyt dinarı 5.6106
SEK 1 İsveç kronu 0.1921
EUR 1 Avro 1.9947
CHF 1 İsveçrə frankı 1.7152
USD 1 ABŞ dolları 1.7000