• cümə axşamı, 25 aprel, 20:06
  • Baku Bakı 21°C

Sorğu: Fransalılar prezidentin sosial-iqitsadi siyasətindən narazıdırlar

14.04.19 17:49 662
Sorğu: Fransalılar prezidentin sosial-iqitsadi siyasətindən narazıdırlar
Fransalıların 82 faizi ölkə prezidenti Emmanüel Makronun həyata keçirdiyi sosial-iqtisadi siyasətin dəyişdirilməsini istəyir.
Trend-in məlumatına görə, bu barədə "Ifop" sosial xidmətinin keçirdiyi və "Le Journal du Dimanche" qəzetində dərc edilmiş sorğunun nəticələrində deyilir.
Məlumata əsasən, hakimiyyətin sosial-iqtisadi sahədə fəaliyyətindən narazı olanların sayı son aylar ərzində 4% artıb.
Bundan əlavə, təxminən 80 faiz Fransa vətəndaşı gəlir vergisinin azaldılmasını istəyib. Həmçinin sorğuda iştirak edənlərin 72 faizi ən kasıblara dövlət yardımının artırılmasını istəyiblər.
Qeyd edək ki, sorğu 12-13 aprel tarixlərində keçirilib. Sorğuda 18 yaşdan yuxarı təxminən min nəfər iştirak edib.
banner

Oxşar Xəbərlər