• çərşənbə, 24 Aprel, 07:03
  • Baku Bakı 13°C

“Sonda ailəsinin həyatı üçün nə qədər vacib olduğunu anlaya bilir” - Onun film seçimi

22.12.18 09:00 1123
“Sonda ailəsinin həyatı üçün nə qədər vacib olduğunu anlaya bilir” - Onun film seçimi
Filmlərlə bağlı hər kəsin öz maraq dairəsi var. Kimi dram sevir, kimi fantastika, kimi komediya və s. Amma janrından asılı olmayaraq, çoxumuz başqalarının məsləhət gördüyü filmlərə nəzər salırıq.Məsləhət görülürsə, deməli, baxmağa dəyər. Bu dəfə sizə karyera planlama üzrə ekspert, "PSG MANAGEMENT SYSTEMS”in məsləhətçisi İlkin Məcidovun bəyəndiyi və məsləhət gördüyü filmləri təqdim edəcəyik.
Həmsöhbətim kinolara baxmağa çox da maraqlı olmasa da, ancaq real hadisələr əsasında çəkilən filmləri izləmək üçün vaxt ayırmağa çalışır: "Oxuculara bununla bağlı hər hansı məsləhət verə bilmərəm. Çünki hər kəsin öz janrı var və o istiqamətdə də filmləri seçə bilər. Ancaq adlarını qeyd edəcəyim 5 film mənim kimi, real hadisələri əks etdirən janr sevənlər üçün maraqlı gələ bilər”.
İlk filmin adı "Qaçış”dır. Bu filmdə tanınmış simalar baş rolda oynayır və filmin ssenarisi hüquq mühafizə orqanlarının bir şöbəsi tərəfindən həbsxanalarda daxili təhlükəsizlik qaydalarını, orada olan əskiklikləri aşkar etməkdən ibarətdir: "Bu da təbii ki, həbsxana rəislərinin narazılığına səbəb olur və həmin şöbənin nümayəndəsinin qaçması mümkünsüz sayılan həbsxanaya salınması ilə nəticələnir. Ancaq bu mümkünsüzü bacaran baş rol qəhrəmanlarının hansı yollardan istifadə etdiyini bilmək istəyənlər, gərək bu filmə baxsınlar”.
"Cənnətin krallığı” adlanan ikinci film tarixi və real hadisələr əsasında çəkilib: "Filmdə hadisələr Qüds ərazisində cərəyan edir və oranın fəthi zamanı Səlahəddin Eyyubinin timsalında, müsəlmanların döyüş anında belə digər dinlərə, onun nümayəndələrinə qarşı olan əxlaqı davranışlardan söhbət gedir”.
Üçüncü məsləhəti "Ailəndən qaça bilməzsən” filmi oldu: "Fransa istehsalı olan bu kinoda, kənddə ailəsini qoyub şəhərə gələn, karyerasını qurduqdan sonra ailəsini bəyənməyən dizaynerin həyatından bəhs edir. Başına elə hadisələr gəlir ki, sonda ailəsinin, həyatı üçün nə qədər vacib olduğunu anlaya bilir”.
Dördüncü film isə "Ölü şairlər cəmiyyəti” adlanır: "Ciddi intizamın hökm sürdüyü akademiyada tələbələrin bezməsindən söhbət gedir. Ancaq yeni gələn müəllim bu sistemi elə qurur ki, akademiyada çox şey dəyişir”.
Sonuncu kino "Yaxşı Vill Hunting”dir: "Mançester Universitetində təmizlik işçisi kimi çalışan birinin daima öyrənmə istəyindən, həvəsindən bəhs edir. Bir terapevt ilə tanış olur və bu addım onun həyatını bütünlüklə dəyişir”.
Günel Azadə
banner

Oxşar Xəbərlər