• cümə axşamı, 18 aprel, 19:53
  • Baku Bakı 21°C

Sona Vəliyevanın şeirləri Misir mətbuatında

28.11.16 12:21 3249
Sona Vəliyevanın şeirləri Misir mətbuatında
Bu günlərdə Qahirədə nəşr olunan "Əxbar əl ədəb” (Ədəbiyyat xəbərləri) qəzeti tanınmış şairə və publisist Sona Vəiyevanın şeirlərini dərc edib. Şairənin "Şəhid balası, "Qalx ərəb” və "Qapına gəldim, İlahi” şeirləri” mətbu orqanda yer alıb. Şeirləri ərəb dilinə Qahirədəki Eyn-əş Şəms Universitetinin dosenti, azərbaycanşünas alim, Misirin Azərbaycandakı Mədəniyyət Mərkəzinin rəhbəri Əhməd Sami tərcümə edib.
Noyabrın 22-də "Kaspi”nin redaksiyasında qonaq olan "Ədəbiyyat xəbərləri”qəzetinin baş redaktoru Tarıq ət-Tahir şeirlər haqqında təəssüratlarını bölüşərək «Şeirləri oxuyarkən sizin dünyadakı problemlərlə, əmin-amanlıqla bağlı narahatlıqlarınızın ölkənin sərhədlərini aşması ilə tanış oldum. Həmçinin bu hisslər ərəb ölkələrində baş verən narahatlıqları da əks etdirib”. «Kaspi» qəzetinin "Ədəbiyyat” əlavəsinə münasibət bildirən qonaq: «Sizdə həm jurnalistika, həm də ədəbiyyat var» - deyə fikirlərini bölüşüb. 1993-cü ildən həftəlik nəşr edilən, Misirin ən populyar ədəbi orqanlarından biri olan "Əxbar əl ədəb” qəzetinin digər ərəb ölkələrində də yayıldığını bildirərək qəzetin əsas fəaliyyət istiqamətlərindən birinin - aparıcı dünya ədiblərinin ərəb dünyasına tanıdılması olduğunu vurğulayıb.
"Kaspi”nin təsisşisi Sona Vəiyeva rəhbərlik etdiyi qəzetin 135 illik tarixindən söz açmaqla yanaşı ərəb ədəbiyyatına, Misir mədəniyyət və incəsənətinə ölkəmizdə olan marağa toxunub: «Ərəb dünyasına ithaf olaraq «Durnalar Bağdada gedir» adlı bir şeir də yazdım. Bu taleyi biz də yaşayırıq. Bir milyon qaçqınımız var, torpaqlarımız işğal olunub, əsirlikdə qalan insanlarımız var. Problemlərin ümumi məzmununda bu taleyi yaşadığımızadan həmin şeirdə problemləri ifadə edən hisslər öz əksini tapdı”.
Görüşdə "Kaspi” və "Ədəbiyyat xəbərləri” qəzetləri arasında yaradıcılıq əlaqələrinin davam etdirilməsi qərara alınıb.
banner

Oxşar Xəbərlər