• çərşənbə axşamı, 23 aprel, 18:57
  • Baku Bakı 20°C

Sona Vəliyeva: Vaxtilə əsərləri ilə özünü tanıdan Rüstəm İbrahimbəyov bu gün özünə nifrət qazandırır

24.05.18 12:15 980
Sona Vəliyeva: Vaxtilə əsərləri ilə özünü tanıdan Rüstəm İbrahimbəyov bu gün özünə nifrət qazandırır
"Təssüf edirəm ki, bu gün bizim dövlətçiliyimizə zərər vurmaq istəyən şəxslər var. Vaxtilə əsərləri ilə özünü bizə tanıdan Rüstəm İbrahimbəyov bu gün əsərləri ilə özünə nifrət qazandırır".
Trend-in məlumatına görə, bunu "Kaspi" qəzeti və "Kaspi Təhsil Mərkəzi"nin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva "İstiqlal düşüncələri. Cumhuriyyətə aparan yollar" kitabının təqdimat mərasimində Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu, Azərbaycan xalqını aşağılayan "Qafqaz üçlüyü" filminin çəkilməsinə münasibət bildirərkən deyib.
S.Vəliyeva R.İbrahimbəyovun bu əməlini xəyanət adlandırıb: "Bu dövlət və millət bizimdirsə, ona həqarət yağdıranlara etiraz səsimizi ucaltmalıyıq. Bu, xəyanətdir, buna başqa ad vermək olmaz. Əgər sən beynəlxalq mükafatlar almaq istəyirsəsə, onu başqa yerdə ara. Biz belə milli ruhdan uzaq xalqının faciəsi üzərində şöhrət qazanmaq istəyənləri lənətləməliyik. Bəlkə də bir az əvvəl Əkrəm Əylisliyə qarşı bir az yumşaq davrandıq deyə, belələri cəsarətləndi. Amma buna da cəsarət deyil, xəyanət demək olar. Bu dövlət Ulu Öndər Heydər Əliyevin bizə qoyduğu əmanət və yadigardır. Biz dövlətimizi və milli maraqlarımızı qoruyaraq onu gələcək nəsillərə çatdırmalıyıq. Xəyanətlərə qarşı səsimizi qaldırıb mübarizə aparmalıyıq. Xəyanətə heç nə ilə haqq qazandırmaq mümkün deyil".
banner

Oxşar Xəbərlər