• çərşənbə axşamı, 16 aprel, 19:38
  • Baku Bakı 18°C

Son zəngə gedən məzunu maşın vurdu

31.05.13 10:13 1586
Son zəngə gedən məzunu maşın vurdu
Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Lökbatan qəsəbəsində qeydə alınıb.
11-ci sinif şagirdi, 1996-cı il təvəllüdlü Şəfidayev Cavid Oqtay oğlunu yolu keçərkən avtomobil vurub. Hadisəni törədən avtomobil müəyyən edilib.
Qəza nəticəsində xəsarət alan C. Şəfidayev Klinik Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, C. Şəfidayev oxuduğu məktəbdə keçirilən “Son zəng” tədbirinə gedirmiş.
Faktla bağlı araşdırma aparılır.
banner

Oxşar Xəbərlər