• cümə, 26 Aprel, 19:14
  • Baku Bakı 22°C

“Son zəng” iyunun 14-də hər bir məktəbin ərazisində keçiriləcək

09.06.17 19:14 1761
“Son zəng” iyunun 14-də hər bir məktəbin ərazisində keçiriləcək
Təhsil naziriMikayıl Cabbarov"Son zəng” tədbirlərinin təşkil edilməsi barədəəmr imzalayıb. Təhsil NazirliyindənAPA-ya verilən xəbərə görə, əmrə əsasən,"Son zəng” tədbiri iyunun 14-də hər bir müəssisənin ərazisində təşkil olunacaq.

Əmrə əsasən, "Son zəng” tədbirinə valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələrinin, sabiq məzunların dəvət olunması məktəb rəhbərlərinə tövsiyə edilməli,Naxçıvan MRTəhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri "Son zəng”in məzmunlu keçirilməsi, tədbir müddətində şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görməlidirlər.

Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.
banner

Oxşar Xəbərlər