• cümə axşamı, 28 mart, 19:13
  • Baku Bakı 13°C

Son zəng gününün acı xatirəsi – Məktəb illəri

18.04.16 13:25 3012
Son zəng gününün acı xatirəsi – Məktəb illəri
Məktəb illəri hər kəs üçün maraqlı, çətin və keşməkeşli hadisələrlə yadda qalır. O illərin unudulmaz məqamları çoxdur. Biz də məşhurlarla onların həyatlarında iz qoyan illərə səyahət etdik. Qonağımız bədii qiraət ustası, əməkdar artist Ağalar Bayramovdur.
“Son zəng günü ömür boyu yadımdan çıxmayan, mənə yaxşıca bir dərs verən gün olub. Orta məktəbi Ucar rayonunun Boyat kəndində oxumuşam. 1975-ci il mayın 25-də son zəng günü idi. O vaxt bu günü şəhər uşaqları kimi xüsusi qeyd etmək üçün əlimizdən heç nə gəlmirdi. Qızlı-oğlanlı sinfimizin uşaqları ilə bu günü fərqli etmək üçün kəndin gözdən uzaq bağlarına daraşdıq. May ayı alçanın yetişən vaxtı idi. Alça ağaclarına “hücum edib” yediyimizi yedik, budaqları da sındırdıq. Alça sahibləri sinif uşaqlarının valideynlərinin üstünə şikayətə gəlirdilər. Valideynlərim, əmim, dayım, bacım, qardaşım olmadığından məni nənəm böyütmüşdü. Həmin gün nənəm məni mal tövləsinə salıb 3 saata kimi orada saxladı. Mənə dedi ki, “ay köpəkoğlu, o birilərin ata-anaları var, sən mənim kimi ağsaçlı, ahıl qadını kiminsə qabağında niyə sındırırsan, niyə sənin bu işinə görə başıaşağı cavab verməliyəm?” Mənim son zəng günüm yadımda belə qalıb. Amma nə yaxşı ki nənəm mənə elə bir dərs verdi. O gün həmin hadisə mənə tərs bir şapalaq oldu ömür yolumda. Bəlkə də nənəm elə etməsəydi, mən avara uşaqlara qoşulardım, təhsil almazdım. Hesab edirəm ki, həmin hadisə mənim sonrakı taleyimi, həyat yolumu cızdı”.
Dəniz MƏMMƏDLİ

banner

Oxşar Xəbərlər