• şənbə, 20 Aprel, 03:14
  • Baku Bakı 15°C

Son sutkada 101 nəfər COVID-19-a yoluxub, 137 nəfər sağalıb, 2 nəfər vəfat edib

25.09.20 16:00 527
Son sutkada 101 nəfər COVID-19-a yoluxub, 137 nəfər sağalıb, 2 nəfər vəfat edib
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 101 yeni yoluxma faktı qeydə alınıb, 137 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
Son sutka ərzində 6705, hazırkı dövrədək isə 1087578test aparılıb.
Azərbaycanda indiyədək ümumilikdə 39787 nəfər koronavirus infeksiyasına yoluxub.
Onlardan 37392 nəfər müalicə olunaraq sağalıb, 583 nəfər vəfat edib, aktiv xəstə sayı 1812 nəfərdir.
banner

Oxşar Xəbərlər