• şənbə, 20 Aprel, 01:52
  • Baku Bakı 15°C

Son sutka ərzində dünyada COVID-19-a 650 mindən çox yoluxma qeydə alınıb

02.04.21 10:30 511
Son sutka ərzində dünyada COVID-19-a 650 mindən çox yoluxma qeydə alınıb
Dünyada yeni növ koronavirus infeksiyasına təsdiqlənmiş yoluxma hallarının sayı 128,54 milyonu keçib, 24 saat ərzində 650 mindən çox artım qeydə alınıb ki, bu da yanvarın 17-dən bəri ən yüksək gündəlik artımdır.
APAxəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı son hesabatda qeyd olunub.
ÜST-ün məlumatına görə, bu virusdan ölənlərin sayı son sutkada 11,6 mindən çox artaraq 2,8 milyonu ötüb.
Bakı vaxtı ilə 1 aprel saat 19:39-a olan məlumata əsasən, dünyada indiyədək 128 540 982 nəfər koronavirusa yoluxub, 2 808 308 nəfər isə bu virusdan ölüb. Xəstəliyə yoluxanların sayı son bir gündə 650 765 nəfər, ölənlərin sayı 11 608 nəfər artıb.
Son sutkada yoluxma hallarının 44%-dən çoxu Avropada (291 354) müşahidə edilib, ikinci yerdə Şimali və Cənubi Amerika (204 208), üçüncü yerdə Cənub-Şərqi Asiya (84 356) yer alıb.
Təsdiqlənmiş yoluxma hallarının əksəriyyəti ABŞ-da qeydə alınıb – 30 095 776 nəfər. Onun ardınca Braziliya (12 658 109), Hindistan (12 221 665), Fransa (4 569 568), Rusiya (4 554 264), Böyük Britaniya (4 345 792), İtaliya (3 584 899), Türkiyə (3 317 182), İspaniya (3 274 150), Almaniya (2 833 173), Kolumbiya (2 397 731) və Argentina (2 356 970) gəlir.

banner

Oxşar Xəbərlər