AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Son sutka ərzində dünyada 76 min nəfər koronavirusa yoluxub

Son sutka ərzində dünyada 76 min nəfər koronavirusa yoluxub

Təfsilat
04 Aprel 2020, 09:15 225
Son sutka ərzində dünyada koronavirusa 76 mindən çox yoluxma halı baş verib, 5 minə yaxın insan dünyasını dəyişib.
Trend-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı gündəlik informasiya bülletenində xəbər yayıb.
Bildirilir ki, aprelin 3-nə olan vəziyyətə görə COVİD-19 virusuna dünyada 972 640 nəfər yoluxub, 50 325 nəfər vəfat edib. Yoluxanların sayı sutka ərzində 76 190 nəfər, ölənlərin sayı isə 4 826 nəfər artıb.
Hazırda yoluxma hallarının sayı ABŞ-da - 213 600, İtaliya - 115 242, İspaniya - 110 238, Çin - 82 802 və Almaniyada - 79 696 təşkil edir.