• çərşənbə, 24 Aprel, 10:51
  • Baku Bakı 13°C

Son seçkilərdən sonra Avropa Parlamentində bəzi radikal, şovinist və islamofob təfəkkürlü qüvvələr yer alıb

13.02.20 15:15 1420
Son seçkilərdən sonra Avropa Parlamentində bəzi radikal, şovinist və islamofob təfəkkürlü qüvvələr yer alıb
Təəssüflə qeyd etmək istərdim ki, son seçkilərdən sonra Avropa Parlamentində (AP) bəzi radikal, şovinist və islamofob təfəkkürlü qüvvələr yer alıb. AP-ın Sosialistlər və Demokratlar Qrupu artıq ikinci dəfədir ki, Azərbaycanla bağlı əsassız bəyanatla çıxış edir.
Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa Parlamentinin Sosialistlər və Demokratlar Qrupunun Azərbaycan fundamental insan hüquqlarına riayət etməyənə qədər Avropa İttifaqı (Aİ) ilə yeni saziş ratifikasiya olunmayacağı bağlı bəyanatı şərh edərkən deyib.
H.Hacıyev bildirib: "Birincisi, Aİ ilə saziş hələ heç imzalanmamışdır. İkincisi, bir müddət öncə AP Azərbaycanda parlament seçkilərini müşahidə etməyəcəyini bildirmişdi. Açığı, onların bu açıqlaması bizdə təəccüb doğurdu. Azərbaycanın AP qarşısında hər hansı bir öhdəliyi yoxdur və biz heç AP-a seçkiləri müşahidə etmək üçün dəvət də ünvanlamamışdıq. Aİ 9 fevral parlament seçkilərindən sonra verdiyi açıqlamada Azərbaycanla dialoqu davam etdirməyə və ölkəmizlə sıx işləməyə hazır olduğunu bildirmişdir. Azərbaycan tərəfi də Aİ ilə əməkdaşlığı davam etdirməyə hazırdır".
banner

Oxşar Xəbərlər