• cümə axşamı, 25 aprel, 17:50
  • Baku Bakı 23°C

Son iki gündə ölkədə 177 cinayət baş verib

16.07.18 13:00 525
Son iki gündə ölkədə 177 cinayət baş verib
İyulun 14-dən 16-dək respublikanın daxili işlər orqanları tərəfindən ərzində 177 cinayət faktı qeydə alınıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, onların 27-si "isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 20 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 11 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 7 nəfər ölmüş, 22 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.
banner

Oxşar Xəbərlər