• cümə axşamı, 28 mart, 12:39
  • Baku Bakı 16°C

Son iki gün ərzində respublika ərazisində 200 cinayət faktı qeydə alınıb

12.02.18 10:00 894
Son iki gün ərzində respublika ərazisində 200 cinayət faktı qeydə alınıb
Fevralın 10-12 tarixlərində respublikanın daxili işlər orqanları tərəfindən 200 cinayət faktı qeydə alınıb, onların da 27-si "isti izlər”lə açılıb.
Trend-ə DİN-in mətbuat xidmətindən verilən məlumata əsasən, həmin dövr ərzində axtarışda olduğuna görə 17 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Qeyd olunur ki, respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 7 nəfər xəsarət alıb.
Həmçinin, daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib: "Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb".
banner

Oxşar Xəbərlər