• cümə axşamı, 28 mart, 17:44
  • Baku Bakı 16°C

Son dörd ayda Azərbaycan iqtisadiyyatında 3% artım olub

16.05.14 11:33 1053
Son dörd ayda Azərbaycan iqtisadiyyatında 3% artım olub
“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ÜDM-in 47,4%-i sənayedə, 11,1%-i tikintidə, 8,5%-i ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 6,0%-i nəqliyyat və anbar təsərrüfatında, 2,4%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 2,1%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində, 1,7%-i informasiya və rabitə xidmətlərində, 13,6%-i isə sosial və digər xidmətlər sahəsində istehsal olunub. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,2%-ni təşkil edib.
İqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş ÜDM-in həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 9,0%, o cümlədən qeyri-neft-qaz sənayesində 3,9%, tikintidə 21,5%, turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində 15,7%, informasiya və rabitədə 12,3%, ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 9,1%, nəqliyyat və anbar təsərrüfatında 6,1%, kənd təsərrüfatında 3,3%, sosial və digər xidmət sahələrində 3,0% artıb.
ÜDM-in 44,8%-i neft-qaz sektorunun payına düşüb və əvvəlki ilin eyni dövrünə nisbətən 3,2% faiz azalıb.
banner

Oxşar Xəbərlər