• cümə, 29 Mart, 14:53
  • Baku Bakı 14°C

Son 6 ayda Azərbaycanda zəhərlənmələrin sayı açıqlanıb

17.07.13 12:37 1200
Son 6 ayda Azərbaycanda zəhərlənmələrin sayı açıqlanıb
Bu ilin 6 ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 435 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub.
Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzindən APA-ya verilən xəbərə görə, 6 ay ərzində 136 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 166 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.
Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 5404, mikrobioloji göstəricilərinə görə 4914, toksikoloji göstəricilərinə görə 1440, radioloji göstəricilərinə görə isə 139 yeyinti məhsulu nümunəsi laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 102-də orqanoleptik və fiziki-kimyəvi, 54-də mikrobioloji göstəricilərinə görə normadan kənara çıxma müəyyən edilib.
Şadlıq evlərindən 16 609 yaxma, 257 soyuq qəlyanaltı nümunəsi götürülüb. Yaxma nümunələrinin 155-də, soyuq qəlyanaltıların 4-də mikrobioloji çirklənmə aşkar edilib.
Bu ilin yanvar-iyun ayı ərzində əhali arasında 589 qida zəhərlənməsi hadisəsi baş verib, nəticədə 680 nəfər zərər çəkib. O cümlədən 14 botulizm hadisəsi baş verib, 18 nəfər zəhərlənib.
banner

Oxşar Xəbərlər