• şənbə, 27 Aprel, 07:23
  • Baku Bakı 12°C

Son 50 ilin ən uğursuz dövlət katibi - Con Kerri

06.02.15 08:57 1153
Son 50 ilin ən uğursuz dövlət katibi - Con Kerri
APA-nın məlumatına görə, “Foreign Policy” jurnalının apardığı sorğuya əsasən, ən uğurlu dövlət katibi isə Henri Kissincer hesab edilir.
1973-1977-ci illərdə dövlət katibi olmuş bu şəxs 32,2 faiz səs toplayıb.
Yalnız 0,3 faiz respondent Con Kerrinin xeyrinə səs verib. Siyasi cəhətdən uğurlu dövlət katibləri siyahısını ilk üçlüyü Ceyms Beyker və Madlen Olbrayt tamamlayıb. Hillari Klinton 4-cü yerdədir.
Sorğuda ABŞ universitet və kolleclərindən beynəlxalq siyasət üzrə ixtisaslaşmış 1615 mütəxəssis iştirak edib.
Respondentlər həmçinin ABŞ-ın son 10 ildə ən sərt xarici siyasət problemi ilə bağlı sualı da cavab verib. Ekspertlər ən problemli məsələlərlə bağlı iqlim dəyişikliyini, Yaxın Şərqdə münaqişə və Çinin hərbi gücünün artmasını göstərib.
banner

Oxşar Xəbərlər