• cümə, 29 Mart, 16:32
  • Baku Bakı 14°C

Son 5 ildə tətbiqi tədqiqatların səmərəliliyi xeyli artıb

08.06.18 11:00 432
Son 5 ildə tətbiqi tədqiqatların səmərəliliyi xeyli artıb
Son 5 ildə Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) tətbiqi tədqiqatların səmərəliliyi mühüm dərəcədə artıb.
Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında çıxış edən Akademiyanın prezidenti Akif Əlizadə bildirib.
O qeyd edib ki, beş il əvvəl AMEA-da elm və istehsalat arasında əlaqələrin genişləndirilməsi əsas prioritetlərdən biri kimi qəbul olunub: "Bu istiqamətdə ən mühüm uğurlardan biri Təcrübə-Sənaye Zavodunun bazasında Yüksək Texnologiyalar Parkının yaradılmasıdır".
A.Əlizadə bu parkın yaradılmasının AMEA-nın elmi-texniki siyasətində köklü dəyişikliklər etdiyini vurğulayıb:"Akademiya tarixində ilk dəfə olaraq müxtəlif kiçik tədqiqat biznesinin infrastrukturları yaradılıb. Yeni yağ növlərinin, robotlaşdırılmış yerüstü, hava və sualtı idarə edilən qurğuların və digər yeni texnologiyaların bazara çıxarılması reallaşıb".
banner

Oxşar Xəbərlər