• cümə, 29 Mart, 03:29
  • Baku Bakı 7°C

“Son 5 ildə Avropa İttifaqının Azərbaycana investisiyaları 15,3 milyard dollara çatıb”

05.06.18 10:39 652
“Son 5 ildə Avropa İttifaqının Azərbaycana investisiyaları 15,3 milyard dollara çatıb”
"Biznes forumlar Azərbaycan vəAvropa İttifaqı(Aİ) arasında işgüzar əlaqələrin qurulması imkanlarını və onların daha da yaxınlaşmasını daha da genişləndirir".
"APA-Economics”in məlumatına görə, bunu bu gün Azərbaycanın iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov Bakıda keçirilən Azərbaycan-Avropa İttifaqıbiznes forumunda bildirib.
Onun sözlərinə görə, bu gün Aİ Azərbaycanın əsas xarici tərəfdaşıdır. "Ötən il Aİ və Azərbaycan arasında ticarət dövriyyəsi 15 faiz artıb. Son 5 ildəAvropa İttifaqının Azərbaycana yatırdığı investisiyaların həcmi 15,3 milyard dollara çatıb. Son 9 ildə isə Aİ ölkələri ilə Azərbaycan arasında qoyulan investisiyaların həcmi 50,3 milyard dollar olub. Bu gün Azərbaycanın xarici ticarət dövriyyəsində Aİ ölkələrinin payı 42% təşkil edir,” – deyə nazir müavini qeyd edib.
R. Məmmədov bildirib ki, Aİ neftə olan tələbatının 5%-ni Azərbaycandan alır: "Bu günlərdə açılışı olan Cənub Qaz Dəhlizi layihəsi Azərbaycan qazınınAvropa İttifaqıölkələrinə çatdırılmasına kömək edəcək”.
R. Məmmədov Azərbaycanda yaradılan sənaye parkları və sənaye məhəllələrindən də geniş danışıb. O bildirib ki, ixracın diversifikasiyası Azərbaycan üçün olduqca önəmlidir. O,Avropa İttifaqıölkələrini bu ixracın təşviqindən istifadə etməyə dəvət edib.
banner

Oxşar Xəbərlər