• cümə axşamı, 25 aprel, 17:21
  • Baku Bakı 23°C

Son 2 ayda Dəməşq yaxınlığındakı şəhərə hücum zamanı 329 dinc sakin həlak olub

14.01.18 20:33 516
Son 2 ayda Dəməşq yaxınlığındakı şəhərə hücum zamanı 329 dinc sakin həlak olub
Suriyada Bəşşar Əsəd tərəfdarlarının son 2 ayda Dəməşq yaxınlığındakı Şərqi Quta şəhərinə hücumu zamanı 329 dinc sakin həlak olub.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Suriyanın Hüquq Müdafiə Təşkilatları şəbəkəsinin hesabatında bildirilir.
Sənəddə qeyd olunur ki, onlardan 79-u uşaqlar, 54-ü qadınlardır. Hesabata əsasən müxalifətin nəzarəti altında olan Şərqi Qutaya 2017-ci ilin 14 noyabrından 2018-ci ilin 11 yanvarına qədər Əsəd tərəfdarlarının endirdiyi hava zərbələri və quru əməliyyatları nəticəsində 297 nəfər həlak olub. Onlardan 71-i uşaqlar, 41-i qadınlardır.
Həmçinin Rusiya hərbçilərinin endirdiyi zərbələr nəticəsində 8-i uşaq, 24-ü qadın olmaqla, 32 nəfər həlak olub.
banner

Oxşar Xəbərlər