Son 18 ay ərzində Azercell-in LTE şəbəkəsinin əhatəsi 85% yüksəlib
Lider mobil operator LTE üzərində çalışan
baza stansiyalarının sayını sürətlə artırır
İri həcmli məlumatların sürətlə ötürülməsi və yüklənilməsinə
ehtiyac olduğu, cəmiyyətin əksər hissəsinin onlayn iş və təhsil rejiminə
keçdiyi bir zamanda keyfiyyətli mobil internet xidmətlərinə tələbatın artması
qaçılmazdır. İstifadəçilərinin gündəlik rabitə ehtiyaclarını operativ şəkildə
qarşılamağa istiqamətlənən ölkənin lider mobil operatoru "Azercell Telekom” öz
şəbəkəsinin paytaxt və regionlar boyu daha da keyfiyyətli olması üçün bütün
texniki tədbirləri həyata keçirir. Belə ki, şəbəkənin təkmilləşdirilməsi sahəsində
aktiv fəaliyyətinin nəticəsi olaraq ölkə ərazisində Azercell-in təqdim etdiyi LTE
xidmətində əhəmiyyətli irəliləyişlər olmuşdur.
2019-cu ilin əvvəlindən həyata
keçirilən LTE şəbəkəsinin təkmilləşdirilməsi layihəsi nəticəsində bu
texnologiya üzərindən çalışan ümumi Radio Baza Stansiyalarının (RBS) sayı 902-dən
2524-ə yüksəlmiş, təkcə 2020-ci ilin ilk yarısında isədaha 845 vahiddə
stansiya istifadəyə verilmişdir. Xüsusilə
regionlarda görülən işlər sayəsində ölkə üzrə LTE şəbəkəsi daha da genişləndirilmiş
və coğrafi əhatə dairəsi 9%-dən 68%-ə, əhali əhatəsi isə 31%-dən 85%-ə qədər
yüksəlmişdir. Hal-hazırda Azercell internet trafikin yüksək keyfiyyətinin
təmin edilməsi və artırılması istiqamətində lazımi işlər aparır. Bunun üçün LTE
spektrinin zolağının genişləndirilməsi və Bakıda LTE şəbəkəsinin keyfiyyətinin
yaxşılaşdırılması həyata keçirilir. Həmçinin, abunəçilər üçün son dərəcə əhəmiyyəli
olan Bakı metropolitenində də sürətli mobil internetin əlçatan olması üçün
tunellərdə təkmilləşdirmə işləri aparılır, LTE şəbəkəsinin genişləndiriıməsi
tam sürətlə davam edir. Layihə çərçivəsində 6 adda metro stansiyada artiq işlər
yekunlaşmışdır. Əlavə olaraq metro stansiyalarda LTE-Daşıyıcı Birləşdirmə
sistemi də aktiv edilmişdir ki, bu da öz növbəsində LTE şəbəkəsindən istifadə
edən abunəçilərin daha yüksək sürət əldə etmələrini təmin edəcəkdir.
Bir daha xatırlatmaq yerinə düşər ki, "Systemics” Avropa
şirkətinin ötən il Azərbaycanda keçirdiyi müstəqil bençmarkinq testi nəticəsində
Azercell-in bölgələrdə LTE texnologiyası üzrə datanın ötürülmə sürətinə,
informasiyanı yükləmə müddətinə və video materialların daha yüksək keyfiyyətlə
ötürülməsi parametrlərinə görə ölkənin mobil operatorları arasında daha üstün
olduğunu təsdiqləyib. Dünya miqyaslı telekommunikasiya şirkəti olan Ericcson-un
apardığı bençmarkinq araşdırmaları isə, LTE şəbəkəsinin sürətinə görə Azercell-in
"Öz sinfində” ("Best in class”) ən yaxşı operatorlardan biri olduğunu nümayiş
etdirib.
Daha ətraflı məlumat üçü[email protected]ünvanına
müraciət edə bilərsiniz
Azərbaycanın
mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi
ödəyicisi və sərmayəçisi "Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir.
Hazırda 5 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə
əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə
əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir.Ölkəyə bir
sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası,
öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111),
7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4Gvə test
rejimində 5Gtexnologiyası, mobil və onlayn müştəri xidmətləri, sosial
media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza” və
s. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla,
ölkənin 60-a yaxın bölgəsini əhatə edir.Radio siqnalların şəbəkə
keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan
beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən,
Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək
göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq
"İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə
şirkətdir.